Ölünün xatirinə Allahdan istəmək olarmı?

Müəllif: Barbaris
Şərhlər: 1
Baxılıb: 242
Paylaş:
Səs ver:
(səs: 0)
Deməli, bildik ki, dua ibadətdir. Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur:

«الدعاء هو العبادة»

«Dua ibadətdir.» (hədisi Əhməd və sünən əhli rəvayət etmişlər)

Əgər dua ibadətdirsə, bəs niyə onu birbaşa Allaha yönəltməyək ki? Sual yaranır ki, məgər Allahın vasitəyə, təvəssülə ehtiyacı varmı? Xeyir, (həşə lilləh) Allah bütün nöqsanlardan uzaqdır! Sən kiminsə xatirinə, üzü suyu hörmətinə dua etsən də, etməsən də Allah səni Eşidir. Axı az öncə də qeyd etdik ki, Allah Qurani-Kərimdə buyurur:

«Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını Mənə yalvardığı vaxt qəbul edərəm.» (Əl-Bəqərə, 186)

Daha əzəmətli fayda bilirsinizmi nədir? Bu ayə Qurani-Kərimdə yeganə ayədir ki, sual ilə başlayan ayədə Allah “قُل ” (de ki) sözünü işlətmir. Başqa bütün «يَسْألُونَك» (Səndən soruşurlar) bu cür formada başlayan sual cümlələrində isə cavab «قُل» (de ki) sözü ilə başlayır. Məsələn:

1) يسألونك ماذا ينفقون قل…”“

«Səndən Allah yolunda nə verəcəklərini soruşurlar. De ki…» (əl-Bəqərə, 215)

2) يسألونك عن الأهلة قل…”“
«Səndən yeni doğan aylar haqqında soruşurlar. De ki…» (əl-Bəqərə, 185)

3) يسألونك عن الروح قل…”“
«Səndən ruh haqqında soruşurlar. De ki…» (əl-İsra, 86)

4) يسألونك عن اليتامى قل…”“
Səndən yetimlər haqqında soruşurlar. De ki…» (əl-Bəqərə, 222)

İndi isə, yuxarıda qeyd etdiyimiz əl-Bəqərə surəsi 186-cı ayəni bir daha oxu və Uca Allahın xitabındakı yeganə fərqə fikir ver. Qurani-Kərimdə təvəssül məqamına necə fərqli ifadə işlədildiyinin şahidi ol.

Dəyərli müsəlman! Bilmək lazımdır ki, qəbirdə olan kiminsə xatirinə və ya üzü suyu hörmətinə dua edib təvəssül, vasitə etmək bidətdir. Kim olursa olsun, bu məsələdə fərq etmir. Bu əməli tərk etmək isə vacibdir. Bizdən öncə olan bu dini daşıyan, yaşayan saleh sələflərdən nə səhabələr, nə tabeinlər bunu etməyiblər. Əksinə, onlar saleh kimsənin duası ilə o, sağ ikən təvəssül edərdilər. Bu növ təvəssül bizim qəbul etdiyimiz təvəssüldür. Yəni, saleh bir insana sağ ikən deyə bilərsən ki, «mənim üçün dua et!»…Amma, o öldükdən sonra, bunun sənə bir faydası yoxdur.

Dəlil də Abbasın (Allah ondan razı olsun) rəvayətidir. Düzdür, bəzi bidət əhli bu hədisi öz xeyrinə dəlil gətirməyə çalışsalar da, əksinə, bu hədisin özlərinin əleyhinə dəlil olduğunu bilməyiblər. O rəvayət belədir:

«Ömər ibnul-Xəttab o zaman ki, onlara aclıq, şiddətli qıtlıq üz verdi, o, insanlara istisqa (yağış) namazı qıldırdı, sonra xütbə verərək dedi: «Ey Allahım! Bizə quraqlıq üz verdiyi zaman Peyğəmbərimiz vasitəsilə səndən yağış istəyərdik, sən də bizə yağış yağdırardın. İndi isə Peyğəmbərin əmisi vasitəsilə səndən yağış istəyirik. Bizə yağış yağdır!» (Səhih əl-Buxari, 954)

Baxın, onlar Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) sağlığında onun duası vasitəsilə yağış istədikləri kimi, O vəfat etdikdən sonra da Onun əmisi Abbasın duası ilə təvəssül edirdilər. Axı Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) vəfat etmiş, əmisi isə sağ idi. Onların etiqadına görə sağ insanın duasıyla təvəssül etmək icazəli idi. Yoxsa, ölü ilə təvəssül icazəli olsaydı, onlar Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) kimi ən şərəfli, ən üstün məxluq ilə təvəssül etməyi sizcə tərk edərdilərmi? Əgər bu icazəli olsaydı, Peyğəmbərlə təvəssül etmək başqasıyla təvəssüldən daha üstün olmazdımı və belə halda niyə daha üstün təvəssülə yönəlmədilər ki? Onların bunu etməmələri də dəlildir ki, bu rəvayəti dəlil gətirənlər özlərinə qarşı dəlil gətirmiş olurlar.

Artıq qeyd etdik ki, saleh kimsənin duası ilə təvəssül etmək icazəlidir. Bu da iki şərtlədir: Bu təvəssül saleh insan sağ ikən olmalıdır və onun zatıyla deyil, duası ilə olmalıdır.

Beləcə anlaşılır ki, səhabələr də Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) sağ ikən onun duası ilə təvəssül edib onlar üçün etməsini istəyərdilər. Amma, o öldükdən sonra Onun qəbrinə gedib demədilər ki, «Peyğəmbərin üzü suyu hörmətinə və ya xatirinə təvəssül edirik.» Buna bir dəlil yoxdur. Ayrı vaxt bəziləri (ayə hədisləri qəbul etmədikləri zaman) deyirlər ki, “bizimlə ağılla, məntiqlə danışın.” Bu da sizə əqli və məntiqi dəlil. İndi isə, insafla deyin görək bu rəvayətdə qəbirdəki, ölmüş insanın üzü suyu hörmətinə (xatirinə) təvəssül etməyə nə dəlil var?

Qaldı ki, bəzilərinin bu məsələyə dəlil tapmadıqdan sonra hansısa uydurma və batil rəvayətlərə üz tutmalarına, bu rəvayətlərdən biri budur:

«Allahdan bir şey istədikdə mənim xatirimə istəyin, çünki, mənim xatirim Allah qatında böyükdür.»

Bu rəvayət batildir və bu rəvayətin hədis kitablarında əsli yoxdur. Şeyxul-İslam ibn Teymiyyənin də dediyi kimi, bunu yalnız sünnədən qafil olan insanlar rəvayət ediblər.

(ət-Təvəssul, ənvəuhu və əhkəmuhu, şeyx Albani, səh 115)

Həmçinin, elə anlaşılmasın ki, biz “Peyğəmbərin, imamın, övliyanın üzü suyu hörmətinə (xatirinə) və ya haqqı üçün və ya hansısa saleh insanın üzü suyu hörmətinə təvəssül etmək, dua etmək olmaz” dedikdə onların qədir-qiymətini, hörmətini bilməmiş oluruq. Əksinə, indi bir misal çəkəcəyik ki, inşəAllah bu məsələ aydın olacaqdır. Bilirik ki, Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) özü birbaşa kiməsə səcdə edilməsini və ya rüku edilməsini qadağan etmişdir. Bunu Muazın (Allah ondan razı olsun) Şamdan qayıtdığı zaman Peyğəmbərin ona Allahdan başqasına səcdə etməyi qadağan etməsi barədə olan hədisdən də anlamaq mümkündür. Həmçinin, Cəfər əs-Sadiqin (Allah ondan razı olsun) kral Nəcaşinin hüzurunda «Biz Allahdan başqasına səcdə etmirik» deməsi və bir çox hədislər də buna dəlalət edir.

Belə olduğu halda, bizdən kimsə Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) qəbrinə səcdə etmək istəsə, biz də ona mane olmaq istəsək, bizim haqqımızda deyilə bilərmi ki, siz Peyğəmbərin şanını, qədir-qiymətini bilmirsiz və ya inkar edirsiz? Əlbəttə yox! Niyə? Çünki, Peyğəmbər Özü bunu qadağan etmişdir.

Həmçinin, əgər belə bir təvəssül növü icazəli olsaydı, Peyğəmbər özü bunu ümmətə bildirərdi. Çünki, bir hədisi-şərifdə Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur:

«ما تركتُ شيئا يُقرِّبكم إلى اللَّه إلا أمرتُكم به»
Yəni «Sizi Allaha yaxınlaşdıran elə bir şey (əməl) yoxdur ki, onu sizə xəbər verməyim.»

(İmam Şafi və Təbərani rəvayət edib. Bax: Şeyx Albaninin «Təvəssül» kitabı, səh 117)

Əgər Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) Allaha yaxınlaşdıran hər bir ibadəti xəbər veribsə və belə bir ibadəti xəbər verməyibsə, deməli, bu, ibadət deyil və bidətdir. Bizə vacib olan odur ki, Peyğəmbərin yoluna tabe olaq, hislərimizə deyil. Məgər hər məsələdə məntiqi önə çəkənlər inkar edə bilərlərmi ki, Peyğəmbərə tabe olmaq ağılın vacib etdiyi məsələlərdəndir?

Allahdan istəyirəm ki, bizə haqqı haqq, batili də batil kimi göstərsin! Bizi nəfslərimizin şərrindən, azmaqdan, azdırmaqdan və bilə-bilə batil fikirdə israr etməkdən qorusun! Bizə İslamı Məhəmməd Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) gətirdiyi kimi saf, təmiz şəkildə anlamağı nəsib etsin! Amin!

Sonda Allahın Elçisi Muhəmmədə, Onun əhlinə və əshabına Allahın salavatı və salamı olsun!

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 242
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqli lazimli yazidir
8 noyabr 2018 09:25
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri