Allahı sevirsinizmi?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 3 484
Səs ver:
(səs: 0)

 

Deyilənə görə eşq, insanın ayaqlarını yerdən kəsən, içində şiddətli həyəcanlar yaşamasına vəsilə olan bir duyguymuş. Belə bir vəziyyətdə insanın səhər yataqdan qalxdığı anda ilk ağlına gələn, aşiq olduğu adam olarmış. Gecə yatmadan əvvəl onu düşünər, hər girdiyi mühitdə ondan bəhs etmək istəyərmiş. Bütün planlarını, aşiq olduğu adamı düşünərək və onu da daxil edərək edərmiş. O adam üçün bir çox şeydən, hətta sevdiklərindən belə keçəbilərmiş.

Bütün bu məlumatlar işığında Allaha duyduğunuz eşqi düşünün. Yuxarıda sayılanların hamısını Allaha qarşı həqiqətən hiss edirsinizmi?

Səhər qalxdığınız anda ağılınıza ilk gələn Allah?

Gün içində davamlı Onu düşünürsünüz?

Hər girdiyiniz mühitdə Ondan bəhs etmək istəyirsinizmi?

Etdiyiniz bütün planları Allahın xoşlanacağı şəkildə təşkil edirsinizmi?

Onun razı olmayacağı, xoşlanmadığı rəftarlardan çəkinirsiniz?

Gecə yatmadan əvvəl Onu düşünür və xatırlayırsiniz?

Allaha duyduğunuz eşqdən ötrü bir çox şeydən və hətta sizinlə bu mövzuda mübarizə edən kəslərdən qopub uzaqlaşa bilirsinizmi?

“Sizdən və sizin Allahdan başqa tapındığınız qopub-ayrılıram və Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt olmayacağam.” (Məryəm Surəsi, 48)

Əlbəttə bütün bunları hiss edən hər kəs, Allah eşqini yaşayır deməkdir. Geri qalan bütün yaradılmışlara duyulan eşq və sevgi də, Allahın bir təcəllisi olduğu üçün gerçəkləşməlidir. Allahdan müstəqil bir şəkildə bir bəşərə eşq eşitmək və o adamı Allahdan daha çox düşünüb daha öndə tutmaq açıqca şirk qoşmaq mənasını verər ki “Allah, Özünə şirk qoşanları bağışlamaz.” (Nisa Surəsi, 116).

Bu vəziyyətdə insanlar ölüm mələkləri ilə qarşılaşdıqlarında güc vəziyyətdə qalmamaq üçün, yaradılan hər şeyi Yaradandan müstəqil olaraq deyil, Onun təcəllisi olduğu üçün sevməlidir.

“Nəhayət, elçilərimiz, həyatlarına son vermək üzrə özlərinə getdiklərində onlara deyəcəklər ki:” Allahdan başqa ibadət etdiyiniz bütləriniz haradadır? ” “Onlar bizi (üzüstə) buraxıb-qaçdılar” deyəcəklər … “(Əraf Surəsi, 37)

Heç tükənmədən, adama acı vermədən, ehtirasla və daimi bir xoşbəxtliklə yaşanacaq tək eşq Allah eşqidir. Allahdan müstəqil yaşanan bütün eşqlər isə insanı bir müddət sonra bədbəxtliyə və böhrana sürükləyər. Bu vəziyyətdəki adam yalnız qarşısındakının istəkləri istiqamətində bir həyat sürərək bir növ kölələşir. Halbuki Allah eşqi, insanı bütün dünyəvi bağımlılıklardan azadlığa qovuşdurar.

Allah (müşriklər üçün) bir nümunə verdi: Özü haqqında uyğunlaşmasız və dolanışıqsız olan, sahibləri də çox şərikli olan (kölə) bir adam ilə yalnız bir adama təslim olmuş bir adam. Bu ikisinin vəziyyəti bir olarmı? Həmd, Allaha məxsusdur. Xeyr, onların çoxu bilmirlər. (Zumər Surəsi, 29)

Yalnız Allaha qul olaraq zəncirləri qırabilmək diləyiylə …

Ürəklər yalnız Allahın zikriylə xoşbəxt olar. (Rə’d Surəsi, 28)

Redakte etdi: PRETTY GIRL

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 484
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri