Hansı namaz mələklər tərəfindən 2 dəfə qeyd olunur?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 3 268
Səs ver:
(səs: 1)
Sübh namazının əhəmiyyəti barəsində Əhli-Beytdən (ə) çox sayda hədislər bəyan edilmişdir. Quran da bu namaza böyük əhəmiyyət verərək buyurur: “Namazı (gündəlik vacib namazların dördünü – zöhr, əsr, məğrib və işa namazlarını və onların iyirmi iki rəkət nafilələrini) günəşin (hər bir kəsin öz məntəqəsinə uyğun olaraq günortanın tam yarısından)batmağa doğru meyl etməsinin əvvəlindən gecənin tam qaranlığına (gecə yarısına) qədər qıl və həmçinin sübh namazını (və onun nafiləsini də qıl). Həqiqətən sübh namazı (gecə və gündüz mələkləri tərəfindən yazılmaq üçün)müşahidə olunur”. (“İsra” 78).

İmam Sadiq (ə) buyurur: “İlk vacib olan namaz zöhr namazı idi”. Sonra Həzrət (ə) yuxarıdakı ayəni tilavət edir.

Başqa hədisdə deyilir: “Əgər sübh namazı fəcrin əvvəlində iqamə olunarsa, gecə və gündüz mələklərinin hər ikisi onu qeyd edərlər”.

Dinimizdə hər bir şey öz vaxtı və yerində qərar verildiyi kimi, namazın da vaxtı müəyyən olunmuş və müsəlmanlara çatdırılmışdır. Namaz tək ibadətdir ki, Quran adı ilə bəyan edilir. Namazda Quranın tilavət olunması – onun əsil mehvəridir. Namazlar arasında sübh namazının xüsusi məqam və dərəcəsi vardır.

Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, günəş doğar, sanki şeytanın buynuzlarına doğar. Allahım mənə əmr etmişdir ki, günəş doğmazdan əvvəl və kafirin günəşə səcdə etməsindən əvvəl sübh namazı qılım ki, ümmətim Allah üçün səcdə etsin. Onu tez yerinə yetirmək Allah dərgahında daha sevimlidir. Bu, o namazdır ki, gecə və gündüz mələkləri ona şahid olarlar”. (Tebyan)

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim sübh namazını camaatla qılarsa və sonra Günəş doğana qədər Allah zikri ilə məşğul olarsa, Allah behiştdə ona 70 dərəcə əta edər”.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 268
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri