Böyük arifin qəbirdə mələkləri ağlatması

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 929
Səs ver:
(səs: 0)
Rəbbani və kəramət sahibi olan alimlərdən hesab olunan Şeyx Həsənəli Noxudəki, İsfahanda doğulmuş alimlərdəndir. Qəbri İmam Rzanın (ə) hərəmində salonunda yerləşir. O, ömrünün son illərini Məşhəd şəhərinin Noxudəki kəndində yaşamışdır.

Ayətullah Noxudəki risalət aşiqlərindən idi. Hər il öz evində İmam Hüseyn (ə) müsibəti üçün rövzə məclisləri təşkil edərdi. İmam Hüseyn (ə) müsibətini yada salmaq alim üçün çox ürəkyandırıcı idi və onu xatırlayan zaman hönkürtü ilə ağlayardı.

Nəql edilir ki, vəfat edəndən sonra böyük alimlərdən biri onu yuxuda görür və halını soruşur. O, deyir: “O zaman ki, məni qəbrə qoydular, iki mələk – Nəkir ilə Münkər sual-cavab üçün gəldilər. Tövhid və nübuvvətdən suallar verdilər. Cavab verdim və növbə İmamlara (ə) gəldi. Birinci İmamım olan Əmirəl-mömininin (ə) adını çəkdim. Sonra İmam Həsənin (ə) adını dedim. Ancaq o zaman ki, İmam Hüseynin (ə) adını çəkdim, özümdən asılı olmayaraq ağladım. O iki mələk də pərişan oldular. Onlar da mənimlə birlikdə ağladılar. Sonra bir-birinə dedilər: “Azad edək, bu ağanın işi İmam Hüseynlədir (ə). Artıq sual verməyə ehtiyac yoxdur”. Məni azad edib getdilər. İndi gördüyün kimi, şad şəkildə gözəl məkanda qərar tuturam”. (Həvzəh)
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 929
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri