Şeytan (lən) insana necə vəsvəsə edir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 629
Səs ver:
(səs: 0)
Həzrət Əli (ə) buyurur: “Gizlincə qəlblərə nüfuz edən və asta-asta qulaqlara ovsun oxuyan düşməndən çəkinin”.

Şeytanın (lən) təhlükəsi məhz bu məsələdədir. Birdən-birə gəlib hay-küy salmır, gizlincə qəlblərə nüfuz edir və insanı iman halından çıxarır. İki iş görür: günahı, mənfi işləri, qeyri-imani məsələləri gözəl göstərir, imanla bağlı işləri isə çətin göstərir. Bunu isə gizlincə və yavaş-yavaş həyata keçirir. Deməli, imana mane olan iki şey baş verir: insan başqa məsələləri daha üstün tutur və imanla bağlı mövzular ona çətin gəlməyə başlayır.

İnsanların imanı oyaq olmayanda həvayi-nəfslər, şeytan (lən), dünyaya vurğunluq meydan sulayır. İnsanın mənəvi məclislərdə iştirakı, mənəvi mühitlərdə olması – onun imanının diri olmasına ən müsbət təsir edən amillərdəndir. Bu olanda, nəticə etibarilə insanın imanı diri olur, onun bildikləri ilə bildiklərini həyata keçirmək istəyi, əzmi birləşir və iradəvi bir həyat meydana gəlir. Məhz bu cür həyat kənarlara da təsir qoyur. Amma elə ki, müsəlman dini-imanını o qədər məhdudlaşdırar ki, ara-sıra dindar olar – bu zaman onun nə özünə, nə də ətrafına heç bir faydası olmaz.

Şeytanın (lən) gizli ovsunu müxtəlif formatlarda ola bilər. Hansısa virtual aləmin içərisində eyforiya ola bilər. İnsan özünü virtual aləmin cənginə buraxa bilər və bu aləmin eyforiyası ilə şeytan (lən) ona nüfuz edə bilər. Bu gün həmin müstəvi şeytanın (lən) işlərini bir xeyli rahatlaşdırıb. Həmin bu dünya insana bir çox şeyləri daha gözəl göstərə bilir. İmanı isə, əksinə olaraq, daha çətin göstərə bilir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 629
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri