Aşura gecəsi İmamın (ə) davranışı hansı dərsləri verir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 097
Səs ver:
(səs: 0)
İmam Hüseyn (ə) öz məktəbinin müdavimlərini elə bir tərzdə yetişdirməyi düşünürdü ki, onlar həyatın heç bir səhnəsində büdrəməsinlər. İmam (ə) son anına qədər insanların hidayət və haqq tərəfdə olması üçün əlindən gələni etdi. Bəziləri bu dəvəti cani-dildən qəbul etsələr də, digərləri bəhanələr gətirərək, bu dəvətdən imtina etdilər.

İmam (ə) hər addımında insanların haqq tərəfdə olmasını istədiyi halda, Aşura gecəsi sahabələrinin ətrafından dağılmağını istədi. İmam (ə) bu davranışı ilə insanlıq üçün bir üfüq açdı. İmam Hüseyn (ə) çox gözəl bilirdi ki, bir əməl ki, məcburiyyətdən, emosiyalardan irəli gələrək edilirsə - onun bir nəticəsi olmayacaq. Bu səbəbdən İmam (ə), öz ətrafında yalnız iradəvi seçim etmiş insanların olmasını istəyirdi.

İmamın (ə) bu addımından çıxara biləcəyimiz dərslərə diqqət edək

1. Hətta İmamın (ə) yanında şəhid olsan belə, əgər bu seçimin iradəvi deyilsə - bir faydası olmayacaq. Aşura günü emosional bir davranışın olmamasının da əsil səbəblərindən biri – məhz bu idi. Çünki, hər kəs nə üçün orada olmasını çox gözəl şəkildə anlamışdı.

2. Əgər özün düşünərək, haqqı batildən ayıra bilməyəcəksənsə, Zəmanə İmamının (ə) sözü belə, səndə təsir qoymayacaqdır. “Ey insan, özün ayılmasan heç kəsin öyüd-nəsihəti səni ayıltmayacaq” - deyə buyuran Əmirəlmöminin Əli (ə), bizi təfəkkür etməyə dəvət edir. İmam (ə) düşmən qoşununa dəfələrlə müraciət etsə də, onların çox cüzi hissəsi İmama (ə) qoşuldu.

2. İmamın (ə) çağrışına “ləbbeyk!” demək üçün heç bir yaş məhdudiyyəti yoxdur. Belə ki, İmamın (ə) yavərlərinin sırasında 14 yaşlı Qasim ibn Həsən ilə bərabər, ahıl yaşlı Həbib ibn Məzahir də var idi.

3. Allah Təala yer üzündə bir işlərin reallaşması üçün vasitə seçəndə, bəndənin fiziki göstəricilərinə deyil, mənəvi göstəricilərinə dəyər verir. Belə ki, İlahi hüccətin yanında qul da var idi, böyük sərvət sahibi Züheyr də var idi.

4. İslamın diri qalması üçün sevdiklərini belə, fəda etməyi gözə almalısan. Valideyn-övlad sevgisi fitridir və ən güclü hissdir. Amma bəndəlik məsuliyyəti qarşıya çıxdıqda, bu hisslər arxa plana keçir. Vəhəb ibn Abdullahın anası övladının kəsilmiş başşını düşmən qoşunu tərəfə ataraq, “Biz Allah yolunda verdiyimiz qurbanları geri almarıq” - deyir.

5. İslamın işi üçün İmam (ə) qul ilə çiyin-çiyinə xidmətdədir. İmam (ə) izah etmək istəyir ki, əgər İslami vəzifə önə çıxdısa, orada kimin rəhbər və ya kimin qul olması əsas deyil. Əsas olan – kimin öz vəzifəsini daha alyıqlı şəkildə icra etməsidir.

Allah Təala bizi İmam Hüseynin (ə) verdiyi mesajları dərk edib, həyatımıza tətbiq etməyi nəsib etsin.

Mətləb Həmzəli

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 097
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri