Qiyamət günü insanların 3 dəstəsi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 823
Səs ver:
(səs: 1)
İnsanlar Allahın verdiyi vədəyə görə üç dəstəyə bölünərlər: möminlər, kafirlər və zəiflər.

Möminlər o kəslərdir ki, Allaha iman gətiriblər və yerləri behiştdir. Əlbəttə, bu insanların da axirətdə əməllərinə görə məqamları fərqlidir. Bəziləri siddiq, bəziləri müqərrəbin, bəziləri isə əshabi-yəmindir.

Kafirlər o kəslərdir ki, elmləri əsasında haqqı tanıyıblar. Ancaq inad və təəssüb üzündən onu inkar edirlər. Bu insanlar günahkarlardır və yerləri cəhənnəmdir.

Zəif insanlar isə o kəslərdir ki, üzrləri vardır. Yəni, haqq dininə qoşulub ona əməl edə bilməyiblər. Bu, onların səhlənkarlığı üzündən olmamışdır. Bəzi amillər səbəb olmuşdur ki, bu həqiqətləri öyrənə bilməsinlər. Bu amillər onları İslam dinindən qafil etmişdir. Allah onlara qarşı Öz lütf və ədaləti üzərindən hökm verəcəkdir.

“Öz tərəfindən (dünya və axirətdə) dərəcələr, bağışlanmaq və rəhmətlə! Allah həmişə bağışlayan və mehribandır. Həqiqətən mələklər özlərinə zülm etməkdə olan kəslərin canlarını alarkən (onlara) deyəcəklər: «(Din baxımından) nə (vəziyyət)də idiniz?». Deyəcəklər: «Biz yer üzündə (iman və əməl cəhətdən) zəif (vəziyyətdə saxlanılmış halda) idik». Mələklər deyəcəklər: «Məgər Allahın yeri geniş deyildi ki, orada (küfr mühitindən İslam mühitinə) hicrət edəydiniz?!» Odur ki, onların yerləri cəhənnəmdir və ora çox pis bir dönüş yeridir”. (“Nisa” 96-97).

Bu ayədə adı çəkilən zəiflər maddi cəhətdən zəif olan deyildir. Onlar əqidə cəhətdən zəif olanlardır. Əllamə Təbatəbainin nəzərinə görə, zəiflər – həm də o insanlardır ki, onların sakin olduğu yerlərdə alimlər olmayıblar ki, onları İslam dini ilə tanış etsinlər. Yəni, bu insanlar üçün haqq gizli qalmışdır. Ona görə də onları zəif insanlar adlandırmışdılar. Çünki qafil insanın qüdrəti olmaz. Bu cür cəhalətlə haqq yolunu tapmaq olmaz. (Beytutə)

Allah Təala bizləri haqqı tapanlardan qərar versin!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 823
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri