Mürtədlik nədir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 458
Səs ver:
(səs: 0)
Mürtədliyin nə olması barədə dil ilə qəlbin alleqorik bəhsi.

Qəlb dilə deyər: “Mürtədlik küfrün bir növüdür. Bu, mənim vasitəmlə olur, yoxsa sənin?”.

Dil deyər: “Əlbəttə ki, sənin vasitənlə olar. Ancaq mənə izah et görüm, mürtədlik necə küfrdür?”.

Qəlb: “Bu məsələ ilə bağlı fəqihlərin kitablarına, o cümlədən “Urvətil-vusqa”ya müraciət et. Orada görəcəksən ki, nəcasətin səkkizincisi – kafirdir. Mürtədin hər iki növü də kafir hesab olunur”.

Dil: “Mürtədin iki növü hansılardır?".

Qəlb: “Mürtəd o kəsdir ki, İslam dinindən çıxmış və küfrü seçmişdir. Onları iki dəstəyə bölürlər: fitri və milli mürtədə.

Fitri mürtəd odur ki, ata və anasından heç olmasa biri müsəlman olmuşdur. O zaman ki, həddi-büluğa çatar, bu insan İslam dinindən çıxar və küfrü seçərsə, bu zaman mürtəd olar.

Milli mürtəd isə odur ki, həm atası və həm də anası kafir olmuşdur. Həddi-buluğa çatan zaman İslam dinini qəbul edər, ancaq sonra küfrə geri qayıdarsa, mürtəd olar”. (Həvzəh)

Allah Təala cəmi insanları hidayət etsin və acı aqibətdən saxlasın, inşəallah.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 458
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri