İblis (lən) – ilk kafir olub

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 712
Səs ver:
(səs: 1)
İmam Əli (ə) döyüşdə tərəfdaşlarına buyurur: “And olsun o Allaha ki, dənəni açmış və insanı xəlq etmişdir. Onlar müsəlman olmayıblar, təslim olublar. Küfrlərini gizlədiblər və o zaman ki, küfrləri üçün yavər tapdılar – onu aşkar etdilər”.

İmam Baqir (ə) buyurur: “Allaha and olsun ki, küfr – şirkdən qədim və pisdir”. Sonra Həzrət (ə), İblisin (lən) küfrünü yada saldı. O zaman ki, Allah ona buyurdu: “Adəmə səcdə et!”. Ancaq o məlun səcdə etməkdən imtina etdi. “O zaman buyurdu: Ona görə də küfrün (günahı) şirkdən daha böyükdür. Hər kim (öz istəyini) Allahın (istəyindən) üstün bilər və ona itaət etməkdən boyun qaçırdar, kəbirə günah etməyə davam edər, o kafirdir. Hər kim möminlərin dinindən qeyrisini ələm hesab edərsə, bu cür kəs müşrikdir”.

İmam Sadiq (ə) buyurur: “Küfrün mənası hər bir günahdır ki, onun vasitəsilə inkar, etinasız halda Allaha itaətsizlik edilər. Bu itaətsiz – kafirdir. Bu cür kəs nəfsinin sayəsində günaha batar və niyyəti inkar və etinasızlıq olarsa, kafir olar. Əgər nəfsi istəklərinə görə dindarlıqdan üz çevirər və niyyəti atasının və nəslinin dediklərinə təslim və təqlid etmək olarsa, şirk etmiş olar”.

İmam Sadiqə (ə) sual verirlər ki, küfr qədimidir, yoxsa şirk? Həzrət (ə) buyurur: “Küfr daha qədimidir. Çünki İblis ilk kəsdir ki, küfr etmişdir. Onun küfrü heç bir şirkə bərabər deyildi. Çünki o, Allahdan qeyrisinə pərəstiş etməyə dəvət etmirdi, sonralar bu əmələ dəvət etdi və müşrik oldu”.

Həzrət (ə) başqa yerdə buyurur: “Ey Hişəm Təmimi! Bir dəstə zahirdə iman gətirmişdir və batində küfr edirlər. Ona görə də heç bir şey onlara fayda vermir. Onlardan sonra başqa bir dəstə gəldi ki, batində iman gətirdilər və zahirdə kafir oldular. Bu da onlara fayda vermədi”.

İmam Baqir (ə) buyurur: “O şey ki, (itaət) etiraf və təslimdən irəli gələr, o imandır. O şey ki, (əməl) inkardan mənbə alar, o küfrdür”.

İmam Sadiq (ə) buyurur: “Allah Təala bəndələrinə vacibatları vacib etmişdir. Ona görə də hər kim vacibata əməl etməzsə və onu inkar edərsə, o, kafirdir”.

İmam Sadiq (ə) başqa yerdə buyurur: “Hər kim Allaha və onun Rəsuluna şəkk edərsə, kafirdir”.

Əbu Bəsir nəql edir: “İmam Sadiqə (ə) sual verdim ki, o kəs ki, Allaha görə şəkk edər, hökmü nədir?

Həzrət (ə) buyurdu: “Ey Əba Muhəmməd! O, kafirdir”.

Soruşdum: “Bəs Rəsul haqqında şəkk etsə?”.

Həzrət (ə) buyurdu: “Kafirdir””.

İmam Əli (ə) buyurur: “Kafirin behişti dünyadır, hümməti dünyada yaşamaqdır. Bədbəxtliyi ölümdür və son yeri – atəşdir”.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 712
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri