Günahkarın 2 növü

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 1 560
Səs ver:
(səs: 0)
Hər bir insan günah edir və ismət pərdəsini cırır, çünki məsum deyildir. Ona görə də məhz təqva insanı günahdan uzaq saxlamağa çalışır. Təqva dedikdə, yəni insan əslində heç günah etmək arzusunda olmasın. Yəni, günahdan xoşu gəlməsin və ondan narahat olsun.

Ona görə də günah əhlini iki yerə bölürlər:

1. O kəslər ki, ziyanlı insanlardır. Onlar daima günah edirlər və bu günahlarına görə peşman olmur, tövbə etmirlər. Günahlarını kiçik hesabedir və başqalarını da günah etməyə dəvət edirlər. Bu insanlar – fasiqlərdirlər.

2. Bu dəstə insanlar isə günaha nifrət edirlər. Ancaq bəzən istəməyərəkdən günah edirlər və bu əməllərinə görə xəcalət çəkir və peşman olurlar. Vicdanları onlara əzab verir və danlayır. Onların ləvvamə nəfsi vardır. Bu insanlar etdikləri hər günaha görə tövbə və istiğfar edirlər. Bu insanlar – müttəqinlərdir.

Müttəqin dedikdə o kəslər nəzərdə tutulmur ki, heç bir zaman günah etməsin. Xeyr. Bu insanların ürəyi günah etmək istəmir, ancaq bəzənbilməyərəkdən də olsa, günah edərlər.

Əmirəl-möminin (ə) buyurur: “O kəsin ki, yaxşı və hüsn əməlləri pis işlərinə qələbə çalar – kamil (insanların) sırasında olar”. (Həvzəh)

Yəni əməl tərəzisində əgər yaxşı tərəf ağır olarsa, o, kamil insanların sırasında olar. Yəni, gördüyü savab işlər günahını üstələyər, yəni yaxşı dostları sayəsində ibrətli nəsihətlər alar, yəni elmi məclislərdən bəhrələndiyi üçün ömrünü tələf etməz. Allah imanı bu insanların gözündə zinətləndirər ki, salehlərdən olsunlar. “Lakin Allah imanı sizə sevdirdi, onu qəlblərinizdə cilvələndirdi və küfr, itaətsizlik və günahı nəzərinizdə nifrətə layiq etdi (ki, məhvdən nicat tapasınız). (Doğru) yolu tapmış kəslər belələridir”. (“Hucurat” 7).

Yəni, bu insanlar Allah yolunda, Əhli-Beyt (ə) yolunda tikə-tikə olsalar da, öz əqidələrindən geri dönməzlər. Ona görə də Allah bu insanları əziz tutar və onların tövbəsini qəbul edər. Bu insanlar – həqiqi müttəqinlərdirlər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 560
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri