Hz. Məhəmmədlə Xədicənin sevgi hekayəsi

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 460
Səs ver:
(səs: 0)
Sevgi hekayələri, romantik qəhrəmanlar.. Bir çox insanın məhəbbət xəyalları, bunlar olmadan təsəvvür edilə bilməz.. Bu yazıda, ‘əsl ailə sevgisi’ haqqında kiçik bir misal verməyə çalışacağıq. Lakin, verdiyimiz bu misalın qəhrəmanları, nə Leyli, nə də Məcnun deyil, möhtəşəm bir ailə modelinin iki örnək şəxsiyyəti olacaq..

Xədicə ilə, Peyğəmbərimizin evliliklərinin ilk ayları idi.. Peyğəmbərimizin (Ona salam olsun) əmisi olan Əbu Talibin ağlından “Xədicə ilə Məhəmmədin evlilikləri görəsən necə gedir? Xədicə zadəgan, zəngin və əsil-nəcabətli bir qadındır, Məhəmməd isə, yetim və kasıb gəncdir.. Birdən Xədicə, özünü ondan üstün tutarsa?! Zənginliyin verdiyi qürurla Məhəmmədin xətrinə dəyərsə?!..” – sualları heç cür çıxmırdı..

Əbu Talib, bunları dilə gətirə bilmirdi. Lakin, nəhayət bir qərar verərək, xidmətçisi olan Nəba adlı qadını yanına çağıraraq “Xədicənin evinə get və bir müddət orada qal. Xədicə’nin qardaşım oğluna qarşı necə davrandığına xüsusi diqqət yetir və gördüklərini gəlib mənə danış!” – deyir və Nəba’nı göndərir..

Bir müddət orada qalan Nəba, geri qayıtdıqda, orada şahid olduğu hadisələri Əbu Talib’ə bu cür xəbər verirdi:

“Ağam! Allaha and olsun ki, mən bu cür nə evlilik, nə də sevgi heç vaxt görməmişəm.. Xədicə, hər dəfə ərinə müraciət edərkən, ‘atam-anam sənə fəda olsun!’ – deyərək, sözlərinə başlayır, evdə Məhəmmədin bir dediyini əsla iki etmir, xidmətçilərə imkan vermədən, öz əllərilə ona qulluq edirdi. Məhəmməd isə, əlindən gəldiyi qədər ona ev işlərində kömək edir, öz həyat yoldaşıyla böyük eşq və hörmətlə danışırdı..”

Bunları eşidən yaşlı Əbu Talib, çox sevinir, gözlərindən yaş axırdı. Axı o, uşaq ikən ana və atasını itirmiş yetim qardaşı oğlunu çox istəyirdi..

Bu qısa hekayə, ailədə əsl sevgi və hörmət anlayışını izah edən kiçik bir misal idi. Təsəvvür edin, bu hekayə zamanı, Məhəmməd (Ona və ailəsinə salam olsun) Allah tərəfindən hələ peyğəmbərlik vəzifəsini də almamışdı.. Qadınlarımızın Xədicə’dən, kişilərimizin isə, Hz. Məhəmməd’dən ibrət alması ümidi ilə..

Bu yazının hazırlanmasında M. Abduh’un, “Ummul-Muminin li Qalbil-Mustafa” adlı əsərindən (səh. 68) istifadə olunmuşdur.

Hazırladı: Ayxan Yaquboğlu
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 460
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri