Qadınlardan təbii yolla ifraz olunan aybaşı və istihazə qanı ilə bağlı əhkamlar

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 3 654
Səs ver:
(səs: 0)
1.Qadının aybaşı olduğu az və çox yaş həddi nədir?
Aybaşı olmaq üçün ən az yaş həddi doqquzdur. Əgər bu yaşdan əvvəl qan ifraz olunarsa, bu istihazədir. Çoxu üçün isə yaş həddi yoxdur.

2.Aybaşı ən azı neçə gün davam edə bilər?
Ən azı bir sutka. Əgər az olarsa, bu istihazə sayılır.

3.Aybaşı ən çox neçə gün davam edə bilər?
Ən çox on beş gün davam edə bilər. Sonrakı günlərdə gələn qan istihazə qanıdır

4.İki aybaşı arasında neçə gün təmizlik müddəti ola bilər?
Bu müddət on üç gün olmalıdır. Bu günlər tamamlanmadan öncə qan gələrsə, istihazə sayılır.

5.Adətən qadınlar ayın neçə günü aybaşı olurlar?
Bu altı və ya yeddi gün olur.

6.Adətən qadınlar ayın neçə günü aybaşıdan pak olurlar?
Adətən ayın iyirmi üç və ya iyirmi dörd günü pak olurlar.

7.Hamiləlik dövründə ifraz olunan qan aybaşı qanıdırmı?
Hamiləlik dövründə ifraz olunan qan, sarı və məxməri rəngli ifrazat istihazə sayılır.

8.Aybaşı qadın təmizləndiyini nə ilə bilir?
1. Ola bilər bəzi qadınlarda ağ rəngli ifrazat çıxsın. 2. Əgər ağ rəngli ifrazat çıxmırsa, o zaman orqandan qanın, sarı və məxməri ifrazatın kəsilməsi ilə aybaşının bitməsini bilmək mümkündür.

9.Təmizlik müddətində orqandan ifraz olunan maye.?
Əgər maye şəffaf, yaxud ağ və yapışqandırsa, təmiz sayılır. Əgər qan, sarı və ya məxməri mayedirsə, murdar hesab olunur. Bütün bunlar dəstəmazı pozur. İfrazat davamlı olarsa, istihazədır.

10.Orqandan ifraz olunan sarı və məxməri maye?
Əgər bu maye aybaşıdan əvvəl və ya sonra ona birləşik çıxarsa, aybaşıdan sayılır. Yox əgər ayrı çıxarsa, istihazədir.

11.Hər ay müəyyən günlərdə aybaşı olub bəzən bu müddətdən öncə təmizlənərsə?
Adət etdiyi aybaşı günləri bitməmiş qan tez kəsilər və təmizlik əlamətlərini görərsə, təmiz sayılır.

12.Aybaşının adət olunan vaxtdan öncə və ya sonra başlaması?
Aybaşı qanının vəsfinə uyğun gələn qan hər halda aybaşı qanı hesab olunur. Bir şərtlə ki, iki aybaşı arasından (təmizliyin ən az müddəti olan) on üç gündən çox vaxt keçsin. Əks halda, bu istihazə sayılır.

13.Əgər aybaşı adət olunan müddətdən az və ya çox davam edərsə?
Bu müddət aybaşı sayılır. Lakin bir şərtlə ki, bu müddət aybaşının çox həddi sayılan on beş gündən çox olmasın.

14.Əgər qadından bir ay və ya daha uzun müddətdə qan ifraz olunarsa?
Bunun dörd həlli vardır: 1. Hər ay nə vaxt və neçə gün aybaşı olduğunu bilir, həmçinin aybaşı qanını da başqa qandan fərqləndirə bilirsə, belə halda qanın necəliyinə deyil, nə vaxt və neçə gün aybaşı olduğuna uyğun əməl etməlidir. 2. Nə vaxt və neçə gün aybaşı olduğunu bilir və ifraz olunan qan da bir vəsfdə olarsa, bu halda əvvəlki adəti üzrə say və vaxt prinsipinə riayət etməlidir. 3. Nə vaxt aybaşı olduğunu bilib, lakin aybaşının keçmiş adəti üzrə neçə gün davam etdiyini bilməyən qadın, bildiyi gündən başlayaraq, altı və ya yeddi gün aybaşı müddəti saxlayır. Bu, əksər qadınların adət etdikləri aybaşı günləridir. 4. Neçə gün aybaşı olduğunu bilib, amma ayın hansı günündə başladığını bilməyən qadın hər hicri ayının əvvəlindən başlayaraq, bəlli günləri aybaşı olaraq adət etməlidir.

Qeyd:İstihazə: Bu, xəstəlik səbəbi ilə ana bətninin aşağı hissəsindəki damarlardan axan qandır. Aybaşı ilə istihazə arasındakı fərq bunlardan ibarətdir: 1. Aybaşı qanı qırmızı, qara rəngə meyilli olub, tünd rəngli olur. İstihazə qanı isə burundan axan qan kimi açıq qırmızı rəngli olur. 2. Aybaşı qanı qatı və parça-parça qanlarla müşahidə olunur. İstihazə qanı isə, kəsilmiş yaradan axan qan kimi duru olur. 3. Aybaşı qanı adətən kəskin və xoşagəlməz iyli olur. İstihazə qanı isə adi qan iyi verir. İbadətlərə təsiri: Böyük natəmizlik halında olan insana etməsi qadağan olunan: namaz qılmaq, məsciddə oturmaq, Quran oxumaq, oruc tutmaq və s. bu kimi — əməllər, aybaşı qadına da qadağandır.

Abdurrəhim Muradlı

Qurani kərimin son üç cüzünün təfsiri
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri