Qiyamətin neçə nişanəsi var?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 854
Səs ver:
(səs: 1)
Bəzi hədislər bəyan edir ki, Həzrət İsanın (ə) rəcəti Qiyamətin astanasında baş verəcəkdir. Bu haqda gələn üç hədisə nəzər salaq.

1. Həzifə nəql edir: “Peyğəmbər (s) buyurmuşdur: “(Qiyamət) bərpa olmaz, məgər o halda ki, ondan əvvəl on nişanə görünər: tüstü, Dəccal, Dabbətul-ərz, günəşin qərbdən doğması, İsa ibni Məryəmin (ə) nazil olması, Yəcuc və Məcuc, şərqdə və qərbdə, Ərəb yarmadasında yerin üç dəfə batması, Yəməndən çıxan atəş və insanların məhşərə tərəf qovulması””.

2. Abdullah ibni Məsud nəql edir: “Peyğəmbər (s) merac gecəsində Həzrət İbrahim (ə), Həzrət Musa (ə) və Həzrət İsa (ə) ilə görüşür. (Qiyamətin zamanı) barəsində müzakirələr edirlər. Əvvəl onun haqqında İbrahimdən (ə) soruşur ki, onun məlumatı olmur. Sonra Musadan (ə) soruşur ki, o, da xəbərsiz idi. Mövzunu İsadan (ə) soruşur və o, deyir: “Qiyamətin anidən baş verməsindən əvvəl mənə söz verilmişdir, əlbəttə Qiyamətin zamanını Allahdan başqa heç kəs bilmir””.

Sonra Dəccalın qiyamına işarə edərək, deyir: “O zaman mən yerə enəcəyəm və onu öldürəcəyəm. İnsanlar öz diyarlarına qayıdarlar və Yəcuc və Məcuc ilə rastlaşarlar ki, hər bir hündürlükdən sürətlə yerə enərlər. Çatdıqları hər sudan içərlər və çatdıqları hər şeyi məhv edərlər. Bu zaman insanlar Allah dərgahında yalvararlar və Ondan istəyərlər ki, onları öldürsün. O zaman ki, (ölərlər) yer üzü pis iyləri ilə dolar. İnsanlar yenə Allaha yalvararlar və bu zaman səma yağışını yağdırar və cənazələrini dənizə aparar. Sonra dağlar dağılar və tökülər. Yer üzü dağ olmuş dəri kimi yığılar.

Mənə söz verilmişdir ki, belə olan halda Qiyamətin baş verməsi hamilə qadının halına bənzəyəcəkdir ki, nə zaman doğacağını bilməz”. (Həvzəh)

3. Həzrət Peyğəmbər (s) buyurur: “Dəccal qiyam edəcəkdir... Sonra İsa ibni Məryəm (ə) Muhəmmədi (s) təsdiq edən kəs kimi qərbdən gələcək və Dəccalı öldürəcəkdir. O zaman, Qiyamətin bərpa olma zamanıdır”.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 854
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri