Niyə Allah Öz dinini İslam adlandırmışdır?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 570
Paylaş:
Səs ver:
(səs: 0)
Qurani-Kərim buyurur: “Şübhəsiz (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır”. (“Ali-İmran” 19).
Bu ayəyə ilk nəzər salan zaman insana elə gələ bilər ki, Allah başqa dinləri sual altına almışdır. Ancaq əgər bu ayəni daha diqqətlə oxusaq və onun haqqında təfəkkür etsək, görərik ki, bu ayə heç də başqa dinləri inkar etmir. Buyurur ki, İslam dini də başqa dinlər kimi cəza və savab dinidir. Bu dinin özünəməxsus qanun və qaydaları vardır.

İnsanlar onların vasitəsilə Allaha yaxınlaşıb, iki dünya səadətinə çata bilər.

“İslam” sözünün mənası “təslim” deməkdir. Ona görə də İslam dini dedikdə, yəni, Allaha təslim olmaq nəzərdə tutulur.

Əslində bütün dinlərin hədəfi məhz təslim olmuşdur. Ona görə də başqa dinlərin davamçılarını da müsəlman adlandırmaq olar, baxmayaraq ki, zahirdə yəhudi və ya xristian adlandırılsalar da.

Hər bir dində olduğu kimi, İslam dini də üç əsas üzərində qurulmuşdur:
1. Əqaid.
2. Əxlaq.
3. Əhkam.

Əqaid və əxlaq mövzuları bütün dinlərdə bir-birinə bənzəyir. Aralarındakı fərq ancaq əhkam mövzularına görə olur. Namaz, oruc, zəkat, infaq kimi ibadətlər ancaq İslam dininə aid deyildir.

Misal üçün, Həzrət İsanın (ə) gətirdiyi dində namaz xüsusi əhəmiyyətə malikdir. Allah namazı İsaya (ə) dünyaya gəldiyi ilk gündən tövsiyə etmişdir. İsanın (ə) doğumdan sonra ilk sözləri də məhz namaz haqqında olmuşdur.

Ona görə də deyə bilərik ki, İslam dinində vacib buyurulan ibadətlərin əksər hissəsi başqa dinlərdə də olmuşdur. Sadəcə aralarında kəmiyyət və keyfiyyət fərqi vardır. (Tebyan)

O zaman ki, İslam dini Ərəbistan yarmadasında bir günəş kimi parlamağa başladı, bütün müsəlmanlar Qiyamətə qədər bu dinə təslim olmağa vəzifələndirildilər. İslam dinini ən üstün din kimi qəbul edib, onun vacibatlarını yerinə yetirməyə mükəlləfdirlər. Çünki ancaq İslam dini onları həm bu dünyanın və həm də axirətin səadətinə çatdıra bilər.

loading...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 570
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
Love Angel
Maraqlı melumat idi. Bele xeberler daha çox gelsin.
24 yanvar 2019 21:12
5
Bəzi insanları tanımamaq, bəzilərini isə əvvəlcədən tanımaq istərdim.
Offline
vipbetul
Hemdolsun Sukur Muselmanam
23 yanvar 2019 09:45
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Love-Girl
Maraqli melumat idi. Allah bizi cennetinden mehrum etmesin inwallah. Sevilen qullarindan olaq
23 yanvar 2019 06:47
3
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
Onun_Mələyi
İslam sözünün mənası onun öyrətdikləri olduğunu sanırdım mən.
Çox maraqlı oldu mənim üçün bu məqalə.
Təşəkkürlər paylaşım üçün08
22 yanvar 2019 23:39
2

- Dünyanın ən gözəl ritmi, Onun sənin üçün döyünən ürəyidirheart
Offline
Cema_Axodova
Islam sozunun menasin bilmirdim tewekkurler
22 yanvar 2019 22:09
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
loading...

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri