Zikrin arxasında fikir durur, fikrin arxasında zikr

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 878
Səs ver:
(səs: 0)
Zikr və fikir insan nəfsinin tərbiyəsində iki mühüm amildir. Fikir və zikr qəlbi nurlandırar və ağlı itiləyər.

Zikrin ən mühüm faydası budur ki, fikri fəal edər. Əslində zikr fikri qidalandırar.

Qurani-Kərim bu haqda buyurur: “Həqiqətən göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır. O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: «Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru»”. (“Ali-İmran” 190-191).

Bu ayədən də göründüyü kimi, bu, zikrdir ki, fikri ibadətə və münacata vadar edər. İnsanın zikri hər nə qədər çox olarsa, təfəkkürü də güclənər. Bu zikrdir ki, fikri ən yüksək səviyyəyə qaldırar. Ona görə də zikri, fikrin günəşi qərar vermək lazımdır. (Həvzəh)

Quranda buyurulur: “Buna görə də əgər (Allahın bu cari qanununu) bilmirsinizsə, zikr əhlindən (təhrif olunmamış Tövratın, İncilin və digər səma kitablarının alimlərindən) soruşun”. (“Ənbiya” 7).

İmam Əli (ə) buyurur: “Allah Təala üçün hər bir zamanda elə bəndələri vardır ki, fikirlərində onlara sirr deyər və ağıl zatları ilə onlarla söhbət edər”.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 878
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri