Maddi nemətlərdən düzgün istifadə etməyin 2 meyarı

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 972
Səs ver:
(səs: 0)
İnsanların bəziləri onların zövqlərinə uyğun olan şeyləri yaxşı hesab edir və uyğun olmayanları pis hesab edirlər. Halbuki, zövqə uyğun olmaqla yanaşı, həmin nemətin halal olması da mühüm amillərdəndir.

İmam Əli (ə) buyurur: “Haram, pis təamdır”.

İmamın (ə) nəzərinə görə, ən yaxşı yemək – o yeməkdir ki, halal olsun. Baxmayaraq ki, ləzzətli olmasa belə. Haram yemək hər nə qədər ləzzətli olsa da, pis təam hesab olunur.

Dünya nemətlərindən bəhrələnməyin başqa meyarı miqdardır. Yəni, insanın bu nemətdən istifadə etməkdəki məqsədi ehtiyacını aradan aparmaq olmalıdır. Nə çox və nə də az.

İmam Əli (ə) buyurur: “Ey Adəm övladı! O şeyi ki, ehtiyacından çox əldə etmisən, başqalarının xəzinədarı olursan və sənin üçün (o malın) faydası olmaz. Malların bir çoxu onların adınadır, lakin ondan ən kiçik bəhrə almırlar”. (Həvzəh)

Beləliklə deyə bilərik ki, dünya nemətlərindən bəhrələnməyin ən mühüm meyarları onun halal olması və ondan istifadənin etidal həddə olmasıdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 972
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri