Həzrət Zəhranı hədislərdən tanıyaq

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 914
Səs ver:
(səs: 0)
İmam Baqir (ə) buyurur: "Fatiməyə (s.ə) itaət etmək - Allahın bütün xəlqi olan: cin, adəm, quşlar, vəhşi heyvanlar, peyğəmbərlər (ə) və mələklərə vacibdir".

İmam Sadiq (ə) buyurur: "Hər kim Fatimənin (s.ə) həqiqi tanımasını əldə edə bilərsə, şübhəsiz ki, Qədr gecəsini də dərk etmiş olar".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim qızım Fatiməni (s.ə) sevər, behiştdə mənimlə olar. Hər kim ona düşmənçilik edər, atəşdə olar".

Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əli! Fatimənin (s.ə) əmr etdiyi şeyə əməl et. Çünki mən ona elə şeyləri əmr etmişəm ki, Cəbrayil (ə) onlara əmr etmişdir".

Həzrət Peyğəmbər (s) buyurur: "Şübhəsiz ki, Fatimə (s.ə) insan cilində xəlq olmuş huridir".

İmam Kazım (ə) buyurur: "O evdə ki, Muhəmməd, ya Əhməd, ya Əli, ya Həsən, ya Hüseyn, ya Cəfər, ya Talib, ya Abdullah, qızlar içərindən Fatimə (adını daşıyan) olarsa, yoxsulluq (ora) daxil olmaz".

İmam Sadiq (ə) qızının adını Fatimə qoyan bir nəfərə buyurur: "İndi ki, onun adını Fatimə qoymusan, onu təhqir etmə, nifrin etmə, vurma".

Həzrət Peyğəmbər (s) buyurur: "Fatimə (s.ə) - bədənimin bir parçası, gözümün nuru, qəlbimin meyvəsidir".

Həzrət Peyğəmbər (s) buyurur: "Şübhəsiz ki, Allah Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, razılığı ilə razı olur".

İmam Sadiq (ə) buyurur: "Fatimə (s.ə) əvvəldən axırıncıya qədər olan dünya qadınlarının sərvəridir".

Həzrət Peyğəmbər (s) buyurur: "Qızım ona görə Fatimə (s.ə) adlandırılmışdır ki, Allah Təala onu sevənləri oddan qorumuşdur".

İmam Baqir (ə) buyurur: "Allah Təala, Fatimənin (s.ə) təsbihi kimi üstün bir ibadətlə həmd və sitayiş olmamışdır".

İmam Rza (ə) buyurur: "İlk kəs ki, ölümündən sonra onun üçün tabut düzəldilmişdir, Peyğəmbərin (s) qızı Fatimə (s.ə) olmuşdur. Allahın salamı və salavatı olsun ona, atasına, ərinə və övladlarına".

Həzrət Peğəmbər (s) buyurur: "Nifrin olsun, nifrin olsun o kəsə ki, məndən sonra qızım Fatiməyə (s.ə) zülm edər, haqqını qəsb edər və onu öldürər".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Fatiməni (s.ə) ziyarət edər, ona bənzəyir ki, məni ziyarət etmişdir".

Həzrət Əli (ə) buyurur: "O ikisi (Həsən (ə) və Hüseyn (ə)) Muhəmməd (s) üçün başda olan iki göz kimidirlər. Mən (Muhəmməd (s) üçün) bədən üçün olan əl kimiyəm. Fatimə (s.ə) bədən üçün olan qəlb kimidir".

Əmirəl-möminin (ə) buyurur: "Mən - Bətulun (s.ə) həyat yoldaşıyam, həmən o kəsin ki, iki dünya qadınlarının sərvəridir".

Həzrət Peyğəmbər (s) buyurur: "Mən - günəşəm, Əli (ə) - Aydır, Fatimə (s.ə) - Zöhrə ulduzudur, Həsən (ə) və Hüseyn (ə) isə iki nur saçan ulduzdur".

Həzrət Peyğəmbər (s) buyurur: "Ey Səlman! Həqiqətən Allah Fatimənin (s.ə) qəlb və əzasını sümüklərinə qədər tam iman və yəqinliklə xəlq etmişdir".

İmam Kazım (ə) buyurur: "Fatimə (s.ə) çox düz danışan xanım idi ki, onu şəhid etdilər".
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 914
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri