Quranda adları çəkilən Harun, Harut və Qarun eyni şəxslərdirmi?

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 191
Səs ver:
(səs: 0)
Quranda çəkilən bu 3 ad fərqli şəxslərə məxsusdur.

Həzrət Harun (ə) Həzrət Musanın (ə) qardaşı və ən yaxın yardımçısı olmuşdur. Allah-Taala Həzrət Haruna (ə) da peyğəmbərlik verdi və Həzrət Musa (ə) özündən sonra onu canişin təyin etdi.

Harut Qurani-Kərimdə iki mələkdən birinin (Harut və Marut) adı kimi çəkilir. Bəzi alimlər bunların mələk deyil, iki sehrbaz olduğunu yazırlar. Quranda bunların əhvalatı təsvir edilib, ətraflı məlumat üçün təfsir kitablarına müraciət etmək lazımdır.

Qarun isə Həzrət Musa Peyğəmbərin (ə) zamanında yaşamış bir şəxsin adıdır. O, əvvəlcə mömin olmuş, Həzrət Musanın (ə) köməyi ilə varlanmış, daha sonra var-dövlət onu haqq yoldan uzaqlaşdırmışdı. Qarun Həzrət Musaya (ə) qarşı çıxır, öz sərvətini ona qarşı mübarizədə xərcləyirdi. Deyilənlərə görə, Qarun hədsiz dərəcədə sərvətli olmuşdur, klassik ədəbiyyatda və xalq deyimində Qarun dövlətliliyin və qudurğanlığın rəmzi sayılır. Axırda Həzrət Musa Peyğəmbərin (ə) qarğışı ilə Qarun bütün var-dövləti ilə birlikdə yerin təkinə batib məhv oldu.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 191
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri