Həzrət Zəhranın nurani xütbəsindən bir parça

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 659
Səs ver:
(səs: 0)
Həzrət Peyğəmbərin (s) əziz qızı, atasının vəfatından sonra hökumətin və xilafətin digərlərin əlinə keçməsinə görə çox sayda bəlaya, müsibətə məruz qalmışdı. Peyğəmbərin (s) əziz qızı Fatimə (s.ə) Quranı, peyğəmbərlərin zəhmətini, vilayət və imaməti qorumaq üçün bütün bu hadisələr qarşısında mətanət göstərdi və mübarizə apardı. Qiyamətə qədər bütün ümmətlər üçün nümunə olacaq bir xütbəni yadigar qoyub getdi.

Xanımın (s.ə) İbni Tavus tərəfindən nəql edilmiş bu nurani xütbəsindən bir parçanı sizlərlə bölüşürük.

"Allaha şükür edirəm ki, bu qədər hadisə, bəla və müsibət ilə qarşılaşan zaman İlahi Kitabın həqiqətlərindən bir şeyi inkar etməyə düçar olmadım. Allahın inayəti ilə tövhidə, nübuvvətə, mələklərə, kitaba, Qiyamət gününə etiqadı, həsənə əxlaqı dairəsində qərar tutmağı və saleh əməlləri qoruya bildim. Hadisələr bu zəminədə mənim üçün təhlükə icad etmədi.

Allaha şükür edirəm ki, bu qədər əxlaqi və ictimai təhlükəli küləklərin əsməsinə baxmayaraq, iki ürəkli və sərgərdan olmadım. Yol mənim üçün aşkar idi və haqq hər bir zəminədə günəşdən də aydın idi. Yolumu İlahi sulukda davam etdirdim. Yəqinlik, şəkk və şübhədən pak halda İlahi vəzifəmi yerinə yetirdim.

Pərvərdigara! O şey ki, mənim üçün mühümdür ki, Sənə tərəf qayıdanların cərgəsində olum, danışıqlarım tövbə məsələsində, əməlim həqiqi təvvabinlər kimi doğruluq və dürüstlüklə olsun ki, tövbə edənlər tayifası Sənin dərgahında çox böyük dəyərə malikdirlər.

Ey mehriban Allah! Səndən istəyirəm ki, yolumu və nicatımı Sənin yolundakı mücahidlərin yolu və nicatı qərar verəsən. Allah yolunda cihad edənlərin xeyir və savabından mənə də inayət edəsən. Bütün əlaqəm və eşqim onadır ki, haqq kəlamını elan edən xalis və pak mücahid olam.

İlahi! Qəlbimi həqiqi möminlərin qəlbi kimi bütün hadisələrə qarşı təsdiq ilə bəzənmiş halda qərar ver. Allahım, Sənə qarşı olan etiqad və təvəkkülümü peyğəmbərlərin etiqad və təvəkkülü kimi qərar ver.

Pərvəridigara! O zaman ki, ömrüm başa çatacaqdır və ruhumu qəbz edəcəksən, ruhumu rahibə ruhunda, nəfsimi saleh nəfsdə, bədənimi pak bədəndə, əməllərimi qəbul olmuş əməllərdə qərar ver.

(Belə ehtimal verilir ki, rahibə ruhu deyildikdə - Ulul-əzm peyğəmbərlərin ruhu, saleh nəfs - o insanların nəfsi, pak bədən deyildikdə - şəhidlərin bədəni nəzərdə tutulmuşdur).

Allah hər bir nöqsandan və eybdən pakdır və bəndələrin qəlbinə qoyduğu şeylərdən agahdır. Pak və Münəzzəh olan Allaha günaharkarların günahlarının sayı məlumdur. Pak və Mübərra olan Allahdan yer və səmada olan heç bir şey gizli deyildir.

İlahi! Xudbinliyin, riyanın, təkəbbürün, həsədin, süstlüyün, şəkkin, xəsarətin, dərdlərin, xarlığın, məkr və hiylənin, bəla və fəsadın gözümdə, qulağımda və bütün bədənimdə kökünü kəs. Məni Özünə eşq və riza yolunda qərar ver!".

Həzrət Peyğəmbərin (s) vəfatından sonra Məscidun-Nəbidə Həzrət Zəhra (s.ə) tərəfindən edilmiş bu xütbəni bir çox filosoflar, təfsirçilər, ariflər və alimlər şərh etməyə çalışmışdılar. Ancaq indiyə qədər ağıl qüdrətliləri bu mələkuti xütbənin həqiqətlərini tam dərk etməkdə aciz qalıblar.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 659
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri