"Ətiri israf etmək icazəlidir" sözü doğrudurmu?

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 232
Səs ver:
(səs: 0)
İstər qadın istərsə də kişi üçün heç bir zərurət və üzürlü səbəb olmadan namazların vaxtlarını gecikdirərək və ya son vaxtında və yaxud da vaxtı çıxdıqdan sonra qılması yaxşı hal sayılmır. Uca Allah buyurur: "Namazları və xüsusi ilə də (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).
Namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ən fəzilətli əməlin hansı əməl olduğunu soruşan səhabəyə buyurmuşdur: "Vaxtında (vaxtının başlanğıcında) qılınan namazdır". (əl-Buxari, "Məvaqit", 162).
Abdullah ibn Məsud (radıyəllahu anhu) rəvayət edir ki, mən Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdum: "Allahın ən çox sevdiyi (əməl) hansı əməldir?" O buyurdu: "Namazı vaxtlı-vaxtında qılmaq". Mən dedim: "Sonra hansıdır?" O buyurdu: "Valideynlərin qayğısına qalmaq". Mən dedim: "Bəs sonra hansıdır?" O buyurdu: "Allah yolunda cihad etmək". (Səhih əl-Buxari).
Vaxt girən kimi namaz qılmağa şərait olmadıqda isə vaxt çıxana qədər qılmaq olar. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Namazların ilk vaxtında Allahın rizası, son vaxtında isə Allahın əfvi vardır". (ət-Tirmizi "Məvaqit", 13).
Həmçinin, ciddi təhlükə, fəlakət, qorxu və ya buna bənzər zəruri hallarda namazı yarımçıq saxlayıb çıxmaq icazəlidir. Lakin, həmin namazı yenidən qılmaq lazımdır, çünki, yarıda qoyulmuş namaz batil olur və yenidən qılınır.

2. Uca Allahın yalnız ətirdə israfa icazə verməsi fikri doğru deyildir, çünki, ümumən Uca Allah israfı pisləmişdir: "Ey Adəm oğulları! Məscidlərə gedərkən gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir". (əl-Əraf, 31).
Amr ibn əl-As (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "İsraf və təkəbbürlük qarışmadıqca yeyin, için, sədəqə verin və geyinin". (İbn Məcəh, 9/385). Həmçinin buyurmuşdur: "Mənə dünyadan üç şey sevdirildi: Qadın, gözəl qoxu (ətir) və gözümün nuru namaz". (ən-Nəsai, №: 3939, 8887)".

İsraf nisbi bir şey olduğu üçün istənilən halda şəxsin özünə qayıdan bir məsələdir. Bir adam üçün israf sayılan şey ola bilsin ki, digəri üçün israf sayılmasın. Yaxud hər hansı bir ölkə üçün israf sayılan şey başqa bir ölkə, yer üçün israf sayılmasın. Odur ki, keyfiyyətinə görə bahalı ətirlər almaq və ya ətirdən bol istifadə etmək insana zərər verməzsə, bu, onun üçün israf sayılmaz. Yəni, insanın ətiri almaq üçün imkanı olmalı, buna görə borca girməməli, bahalı ətir alması onun himayəsində olanların (ailə, uşaq və s.) dolanışğına zərər gətirməməli, təkəbbürlük niyyəti ilə olmamalı, istifadədə həddi aşmamalı və yerli-yersiz ehtiyacdan artıq istifadə edərək israfa yol verməməlidir.

3. Qadınlara məhrəmlərin yanında, həmçinin digər qadınların yanında ətir vurmaq olar. Amma küçəyə çıxarkən yad kişilərin yanından keçəcəksə və ya onlar olan yerə gedəcəksə, ətirlənmək olmaz. Musa əl-Əşarinin (Allah ondan razı olsun) rəvayət etdiyinə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hər göz yad bir qadına baxıb göz zinası etmişdir. Bir qadın da gözəl ətirlər vurub kişilərin yanından keçsə, o da eynilə baxan kişilər kimi zina etmişdir". (Sunən ət-Tirmizi "Ədəb", 35; Sunən Əbu Davud "Təraccul", 7).
Zeynəb əs-Səqafiyyə deyir ki, Rəsullah bizə dedi ki, sizlərdən biri məscidə getdiyi zaman ətir vurmasın. (Səhih Muslim, Sunən ən-Nəsai).
Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Hər hansı bir qadın ərindən başqası üçün ətir vurarsa, o, zina etmişdir. Onun gözəlliyinə və qoxusunu qəsdən iyləyən də zina etmişdir. Allah, o, tövbə edincəyə qədər ondan əməllərini qəbul etməz". (Sunən ən-Nəsai; Sunən Əbu Davud; Sunən ət-Tirmizi, İmam Əhməd "Musnəd" kitabı).
Əbu Hureyrənin (Allah ondan razı olsun) nəql etdiyinə görə peyğəmbərimiz buyurmuşdur: "Kişilərin vurduqları ətrin iyi (qoxu, rayihə) məlum olur amma rəngi olmur. Qadınların ətrinin isə rəngi olur amma iyi başqaları (kişilər) tərəfindən başa düşülməz olmalıdır". (Sunən ət-Tirmizi "Ədəb", 35).
Həmçinin İmran ibn Husayn (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu belə buyurub: "Kişilərə məxsus gözəl ətirlərin ən yaxşısı iyi açıq, rəngi gizli olandır. Qadınların ətirlərinin ən yaxşısı isə rəngi açıq olan, görünən və iyi ətrafa yayılmayandır". (Sunən ət-Tirmizi "Ədəb", 35).

4. Təala sözünü mənası uca deməkdir. Allah Təala, yəni, Uca Allah deməkdir. Necə ki, O buyurur:
"فَتَعَالَى اللَّـهُ عَمَّا يُشْرِكُونَ - Fə Təalə-l-Allahu ammə yuşrikun - Allah isə onların qoşduqları şəriklərdən ucadır". (əl-Əraf, 190).
"فَتَعَالَى اللَّـهُ الْمَلِكُ الْحَقُّ - Fə Təalə-l-Allahu-l-Məliki-l-Haqq - Haqq Hökmdar olan Allah ucadır!...". (Ta Ha, 114).
"فَتَعَالَى اللَّـهُ الْمَلِكُ الْحَقُّ ۖ لَا إِلَـٰهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْكَرِيمِ - Fə Təalə-l-Allahu-l-Məliki-l-Haqq, Lə İləəhə İllə Huva Rabbu-l-Arşi-l-Kərim - Hökmdar Allah hər şeydən ucadır! Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. O, şanlı Ərşin Rəbbidir". (əl-Muminun, 116).

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 232
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
gozel yazidir
10 aprel 2019 09:52
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
AYCA
Ətir ən sevdiyimdi harda oluramsa mütləq ətr olmalıdı yanımda mən əslində eşitmişdim bunu ammaki yəni ətirsizdə olmur
9 aprel 2019 19:00
3
Offline
Love Angel
Ətirsiz dəqiqəmi təsəvvür bilmərəm:))) Ətir mənimçün əvəzedilməzdir.
9 aprel 2019 18:17
2
'- Xoş O Qadının Halına Ki,
Qara Saçları Hicab Örtüyü Altında Ağarır...' ♡
Offline
diablo
Biz qadinlar ucun etir olmazsa olmazdi hara gedirikse mutleq etir vururuq sen deme zina sayilirmis
9 aprel 2019 18:07
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri