Hər gün azı on dəfə oxumalı olduğumuz surə

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 680
Səs ver:
(səs: 0)
Hədislərdə Fatihə surəsi bütün Quranın üçdən-ikisinə bərabər tutulub. Peyğəmbərimiz (s) buyurmuşdur ki, hər kim Fatihə surəsini oxusa, Quranın üçdən-iki hissəsini tilavət etmiş qədər savab qazanar ("Təfsiri-nümunə").

Fatihə surəsinin fəziləti haqqnda İmam Cəfər Sadiq (a) belə buyurub: "İblis 4 dəfə fəryad edib: ona Allah tərəfindən lənət elan olunduğu gün, behiştdən kənara atıldığı gün, Həzrət Muhəmməd (s) peyğəmbərliyə təyin edildiyi gün və Ümmül-Kitab nazil olduğu gün" ("Nurüs-səqəleyn" təfsiri, Fatihə, hədis 3).

İmam Həsən (a) rəvayət edib ki, bir yəhudi alimi Həzrət Muhəm¬məd Peyğəmbərin (s) yanına gəlib ona sualları olduğunu söylədi. Yəhudi soruşdu: "O hansı yeddi xüsusiyyətdir ki, Allah yalnız sənə əta edib, keçmiş peyğəmbərlərə yox və yalnız sənin ümmətinə əta edib, keçmiş peyğəmbərlərin ümmətinə yox?" Peyğəmbər (s) həmin yeddi sifəti bir-bir saydı, sifətlərdən birini belə izah etdi: "Allah mənə Fatihətül-Kitab əta edib". Yəhudi təsdiq etdi: "Bəli, ya Muhəmməd, düz dedin! Bəs, Fatihəni oxuyanın savabı nədir?" Peyğəmbər (s) buyurdu: "Kim Fatihəni oxusa, Allah ona bütün nazil olmuş ayələri oxuyan şəxsin savabı qədər savab verər" ("Nurüs-səqəleyn" təfsiri, Fatihə, hədis 4).

Hədisi-qüdsidə buyurulur ki, Allah-Taala Həzrət Muhəmməd Peyğəmbərə (s) vəhy etdi: "Mən sənin ümmətinə öz ərşimdəki xəzinələrdən bir xəzinə - Fatihətül-Kitab əta etdim!" (yux. mənbə, hədis 5).

İmam Cəfər Sadiq (a) Fatihə surəsinin möcüzəvi xüsusiyyətlərini bu cür vəsf edirdi: "Əgər meyitə yetmiş dəfə Həmd surəsi oxunsa və meyitin ruhu qayıdıb dirilsə, təəccüb etmərəm!" (yux. mənbə, hədis 8).

Bir gun İmam Cəfər Sadiq (a) Əbu Hənifədən soruşdu: "O hansı surədir ki, əvvəli həmd, ortası ixlas, sonu duadan ibarətdir?" Əbu Hənifə cavab verə bilmadi. Onda İmam özü sualın cavabını buyurdu: "Bu, Fatihə surəsidir" ("Təfsiri Əyyaşi", 1-ci cild, səh. 19, hədis 2).

Fatihə surəsi 7 ayədən iba¬rətdir. Bir dəfə Məkkədə, bir dəfə də Mədinədə nazil olub. Bu, iki dəfə nazil olmuş yeganə surədir. Elə iki dəfə nazil olması faktı Fatihənin Allah yanında nə qədər dəyərli olduğunu sübut edir.

Allah-Taala bütün müsəlmanlara gündə ən azı 10 dəfə Fatihə surəsini oxumağı əmr edib. Çünki hər bir müsəlmana vacib olan gündəlik beş namazın hər birinin birinci və ikinci rükətlərində mütləq Fatihə surəsi oxunmalıdır. Beləliklə, gündə üst-üstə 10 dəfə bu surəni təkrar etmək vacibdir. Həmçinin, məsumların hədislərində təkrar edilib ki, namazda Fatihəni kor-koranə oxumaq olmaz; qiraət zamanı surənin mənasi barədə düşünmək və ayələrin məna aləminə baş vurmaq lazımdır.

Ərəb dilində "Fatihətül-Kitab" - "kitabı açan, kitabı başlayan" mənasını bildirir. Surəyə ona görə bu ad verilib ki, o, ardıcıllıq baxımından Quranın birinci surəsidir və Müqəddəs Kitab onunla açılır.

Fatihənin daha bir neçə adı vardır. Məsələn, Həmd, Səbül-məsani, Ümmül-Kitab, Şafiyə, Kafiyə və s.

"Həmd" adlandırılmasının səbəbi, surənin "əl-Həmdü lillah" kəlmələri ilə başlamasıdır.

"Şafiyə" (şəfa verici) adı bu surə¬nin mənəvi xəstəlikləri islah etməsinə görə verilib. Çünki hər kim bu surədə vəsf olunan Allaha sidq ürəklə iman gətirsə va Onu surədə xatırlanan sifətlərin sahibi kimi qəbul etsə, günahlardan çəkinər və bu şəxsin ruhundakı eybəcərliklər, nöqsanlar aradan gedər.

İnsanın mənəvi təkamülü üçün daşıdığı bu böyük faydaya görə surəyə həm də "Kafiyə" (kifayət edən, bəs edən) adını vermişlər.

Ərəb dilində "ümm" (ana) kəlməsi "cəmləşdirən, əhatə edən" mənasını verir. Ümm adlanan əşya başqa əşyalar üçün mənbə, məcmuə rolunu oynayır. Fatihə surəsi də bütün Quranın məqsəd və möhtəviyyatını əhatə etdiyi üçün ona Ümmül-Kitab deyirlər. Bu surə sanki Qurani-Kərimin yığcam variantıdır. Allah bütün Quran mətnində çatdırmaq istədiyi mətləbləri yığcam şəkildə Fatihənin daxilində yerləşdirmişdir.

Surənin Səbül-məsani (qoşa yeddilik) adlanmasının səbəblərini isə müxtəlif cür izah etmişlər. Bəzilərinin fikrincə, 7 ayədən ibarət surə iki dəfə (Мəkkə və Mədinədə) nazil olduğu üçün ona bu adı vermişlər. Bəziləri bu surənin hər namazda mütləq iki dəfə (birinci və ikinci rükətlərdə) oxunduğunu əldə əsas tutmuşlar. Bəzilərin isə bu nüansa diqqət çəkirlər ki, surədəki 7 kəlmənin hərəsi iki dəfə təkrar olunub: "Allah", "Rəhman", "Rəhim", "iyyakə", "və', "sırat", "əleyhim". Onların fikrincə, elə buna görə surə "qoşa yeddilik" adlandırılır.

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 680
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
diablo
Fatihə surəsini əzbər bilirəm.Amma deyim ki hər gün oxuyuram yox elə vaxt olurki oxumuram.Təşəkkür faydalı məlumat üçün.Allah özü bağışlasın
28 avqust 2019 16:13
6
......
Online
kivircik
. Ixlas ,Fatihe , Nas surelerini ezberden bilirem rehmetlik nenem oyretmishdi mene. Bacardigda hergun gece yatanda oxuyuram. Ayetel kursuni de ozum oyrenmishdim. birinci chox chetin gelmishdi amma asanliqla yadimda qaldi shukur. Indi dilimde ezberdi
27 avqust 2019 22:42
5
Online
❤Mələyim❤
Bir Fatihə sürəsi və Ayətül kürsünü oxumaq gözəldi

Təşəkkür edirəm gözəl xəbər üçün
27 avqust 2019 21:32
4
Offline
Love-Girl
Ezbere bilirem cox wukur. Deyim gunde nece defemi oxuyuram? Ele gun olur cox ele gun olur hec oxumuram.
Ama dualarimizin gucunu bilirem.
27 avqust 2019 21:28
3
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
BARBI
Fatihe suresi her kes mutleq ezber bilmeli ve oxumalidir
27 avqust 2019 20:29
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Tomris Müslümova
Men bu barede çox eşşeklik edirem. Emel elemirem özümede heç ne ile haqq qazandırmıram. Allah üreyime salsın o deli isteyi mende Allah yoluna emel edim.
Menim kaşlokumda var üstü laminasiya olunmuş Fatihe suresi...
27 avqust 2019 19:08
1
Mənim olan bu heart səni çox sevir!!!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri