Allahdan qorx, səbirli ol və tələsmə!

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 2 121
Səs ver:
(səs: 1)
Həsən əl-Bəsri rəvayət edir ki, bir kişi vəfat etdi və özündən sonra oğlunu və azad etdiyi köləsini qoyub getdi. Ölərkən azad etdiyi köləsinə oğluna baxmasını vəsiyyət etdi. Uşaqhəddi-buluğa çatanadək kölə əlindən gələni əsirgəmədi - ona yaxşı baxdı, sonra da onu (öz qızı və ya bacısı ilə) evləndirdi. Bir müddətdən sonra o gənc həmin adama: “Mənim üçün hazırlıq gör, elmdalınca gedəcəyəm!”- dedi. O da onun üçün hazırlıq gördü. Nəhayət o, alimin yanına gəlibondan elm öyrənmək istədikdə, alim de­di: “Nə vaxt evinə qayıtmaq istəsən, mənəde, sənə gözəl nəsihət edəcəyəm.” Bir müddətdən sonra o, alimin yanına gəlib de­di: “Mən evə getmək istəyirəm, mənə nəsihət et!” Alim dedi: “Allahdan qorx, səbirli ol və tələsmə!”Həsən əl-Bəsri dedi: “Elə bütün xeyir bunlardadır”.Nəhayət, o çıxıb getdi. O, bu nəsihətləri hələ unutmamışdı.Bunlar cəmi üç nəsihət idi. O gəlib yur­duna çatdıqda miniyindən yerə endi. Evinə gəldikdə orada zövcəsindən ayrı yatmış bir adam gördü. Zövcəsi də yat­mışdı. O, öz-özünə dedi: “Vallahi, mən bilmirəm bunu nə üçün gözləyirəm, nə istəyirəm?” Sonra miniyinin yanına qayıdıb qılıncı götürmək istədikdə öz-özünə dedi: “Allahdan qorx, səbirli ol və tələsmə!”O, geri qayı­dıb həmin adamın başının üstə dayanıb öz-özünə: “Mən bunu gözlə­yən deyiləm”- dedi və yenidən miniyinin yanına döndü. Qılıncını gö­türmək istədikdə nəsihətləri xatırlayıbgeri qayıtdı. Gəlib onun başı­nıın üstə dayandıqda, o adam yuxudan oyan­dı. Oyanan kimi başının üstə duran adamı gördü və onun üstünə atılıb onu qucaqlayıb öpdü və soruşdu: “Məndən ayrıldıqdan sonra nəyə nail oldun?”O dedi: “Vallahi, sən­dən sonraçoxlu xeyir əldə etdim. Mən bu gecə sənin başınla qılıncım arasında üç dəfə gedib gəldim və səni öldürmək istədim. Lakin öy­rəndiyim elm səni öldürməyə mənə mane oldu”. (əl-Buxari, Ədəbul-Mufrad, 583).Bu gənc zövcəsinin yanında olan adamın onun köləsi, həmdə zövcəsinin məhrəmi olduğunu görəndə qəzəbi soyuyur və qəlbindəki şübhələr aradan qalxır. Bu ibrətamiz hekayə dini elm öyrənməyin nə dərəcədə fəzilətli bir əməl olduğunu göstərir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 121
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri