İlahi hikmət

Şərhlər: 3
Baxılıb: 1 814
Səs ver:
(səs: 1)
İnsanların gördüyü işlər iki qismə bölünür:

1. Heç bir nəticə verməyən, səadət və kamala çatdırmaqda təsiri olmayan əyləncə və işlər;

2. Müqəddəratımızı həll edən və bizi səadət və kamala çatdıran faydalı işlər.

Birinci qismə aid olan işləri puç və batil, ikinci qismə aid olan işləri isə əqli və həkimanə adlandırır.

Demək bizi kamala çatdıran işlər, gördüyümüz faydalı və xeyirxah əməllərdir. Allahın hikmətli işləri necə? O da özünün gördüyü bəzi hikmətli işləri ilə kamala çatır və ya əksinə olaraq ondan məhrum olur!

O, heç bir şeyə ehtiyacı olmayan mütləq bir varlıqdır. Onun gördüyü bütün işlər xeyir və hikmətdir. «Hikmətli işlər» Allah və insan barəsində müxtəlif məna kəsb edir. Bu məfhumu insana aid etdikdə, onun mal və səadətə çatması üçün atdığı uğurlu addımlar və gördüyü xeyirxah işlər nəzərdə tutulur. İlahi hikmət deyildikdə isə, insanların səadət və kamala sövq edilmələri nəzərdə tutulur.

İnsanı kamala çatdıran hikmətli işlərə gəldikdə, mühüm bir məsələyə diqqət yetirmək lazımdır. O da bundan ibarətdir ki, insanın gördüyü işlər və hasil etdiyi nəticə arasında həqiqi rabitənin mövcud olmasına heç bir zərurət duyulmur. Yəni kamal insanın gördüyü işin nəticəsi deyil, ondan bəhrələnməsidir. Məsələn, dəmirdən maşın düzəldir, daşdan ev tikir, parçadan paltar tikir və s. Evin tikilib və ya maşının düzəldilib hazır olması kamal deyil, ondan səmərəli istifadə və bəhrələnmək kamal hesab olunur.

Amma Allahın gördüyü işlər və nəticə arasında həqiqi rabitə bərqərardır. Yəni hər bir işin nəticəsi həmin işin kamalı deməkdir. Allah yaratdığı hər bir varlığı kamala doğru istiqamətləndirir və onu son mərhələyə çatdırır. Adi toxumun göyərərək yerdən qalxıb buğdaya çevrilib səmərə verməsi, onun son mərhələsi və kamala çatması deməkdir.

Bu günlər bir çoxlarının, haqqında mübahisə etdikləri məsələlərdən biri də dünya və təbiətin daimi dəyişkən və qeyri-sabit olmasının isbatı haqqındadır. Belə bir əqidəyə əsaslananlar dünyanın daim hərəkətdə olduğunu və yetkin nəticəyə çatmadığını iddia edirlər. Yəni dünya hər hansı bir mərhələni arxada qoyduqdan sonra, yeni mərhələlərlə üzləşir və beləliklə yeni-yeni mərhələləri keçərək həqiqi məqsədə nail olmayır. Dünyanın keçdiyi mərhələləri yalnız o zaman həqiqi hesab etmək olar ki, nəticədə son və həqiqi məqsədə çatmış olsun. Demək dünya özünün son mərhələsinə çatmayırsa, puçluqdan savayı bir şey deyildir.

Quran onların cavabında deyir: Əgər yalnız dünya və təbiət nəzərdə tutulsa, belə bir fərziyyə ilə qənaətlənmək olardı. Və əgər torpaq üzərində göyərmiş ot saralıb aradan getməklə və dünyaya gəlmiş hər bir varlıq müəyyən müddət keçdikdən sonra məhv olmaqla nəticələnsəydi, belə bir naqis fərziyyəyə əsaslanmaq olardı. Amma varlıq deyildikdə, biz yalnız təbiət və dünyanı nəzərdə tutmamalıyıq. Dünya «ilk gündür». Zaman dövr edir və növbə «sonuncu günə» çatır, dünya «getmək», axirət isə «çatmaq» deməkdir.

Əli (ə)-dan bu haqda nəql olunmuş hədislərdən birində buyurulur:

Dünya ötüb keçmək, axirət isə qalmaq mənzilidir.

Dünyaya məna verən axirətdir. ×ünki hərəkət və fəaliyyətə məna verən də məhz sonuncu məqsəddir.

Əgər əbədi axirət dünyası olmasaydı, dünyanın heç bir məna və məfhumu olmazdı. O, heç bir mərhələləri keçmədən məqsədə çata bilməzdi. Belə olduqda yaradılış puç və hədər sayılmalı idi. Amma bəşəriyyətə Allah tərəfindən peyğəmbərlər göndərilmiş və bu həqiqətin mahiyyəti onlara bəyan edilmişdir. Peyğəmbərlər insanların dünya və təbiət barəsində düçar olduqları səhv düşüncələri saf əqidə və təfəkkür ilə əvəz edərək, onları haqqa hidayət etmişlər. Bütünlüklə olmasa da, Allaha iman gətirmiş şəxslərin etiqadlarının əsas hissəsini axirət gününə və əbədi həyata olan iman təşkil edir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 814
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri