Təqva əlbisəsinin nağılı

Şərhlər: 2
Baxılıb: 144
Paylaş:
Səs ver:
(səs: 0)
Biri varmış, biri yoxmuş. Olan Allahmış, başqa heç bir şey yoxmuş. Allah «Ol!» əmrini verərək yoxları yaratmağa başlamış. Günü var etmiş, zamanı yaratmış, yoxdan bir kainat, kainatda bir dünya var etmişdi.
Havanı, torpağı, suyu, dağları, dərələri yaratmış,
mələkləri, cinləri, heyvanları, insanları, bitkiləri, böcəkləri var etmişdi.
Yaratmış, yaratdığını isə başıboş buraxmamışdı, hərəsinə bir iş, bir missiya yükləmişdi. Yaradılış mərhələləri sona çatınca yaradılmışları toplamış və elan etmişdi:
«İnsanı (Adəmi) yer üzünə xəlifə təyin edirəm!».
Torpaq susmuş, su sakitcə axıb yoluna getmiş, dağlar məğrurca əmrə tabe olmuş, dərələr dərəliyinə dönmüşdü. Heyvanlar əmrə amadə olmuş, bitkilər, böcəklər işlərinə geri dönmüşlər.
İnsan qürürlanmış,
Mələklər sormuş:«Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək birinimi xəlifə təyin edəcəksən?»
Allah sorulan sorunu cavabsız qoymamış. Bu sualın cavabını başqaları da duysun deyə cavab vermişdi: «Mən bildiyim şeyi siz bilmirsiniz!», demiş və Adəmi nədən seçdiyini əyani olaraq göstərmişdi. Soru-cavab imtahanında mələklər insana uduzmuş və Allahın üstünlüyünü bir daha dilə gətirərək işlərinin başına geri dönmüşlər.
Cinlərdən biri bir kənarda oturub olan-bitəni izləyirdi. İçindəki atəşi söndürmək, kinini, nifrətini dilə gətirə bilmək üçün fürsət gözləyirdi. Mələklərin sualı da ürəyincə olmuşdu. Axır ki, biri etiraz etmiş, adəmi küçümsəmişdi. Mələklərin imtahandan sonra əmrə tabe olaraq işlərinin başına dönməsi bu cinin heç xoşuna getməmişdi. Cəsarətini toplayıb etiraz səsini o da ucaltmışdı: «Mən ondan üstünəm», demiş və üstünlüyünün materialından qaynaqlandığını da dilə gətirmişdi: «Çünki məni atəşdən yaratdın, onu isə palçıqdan yaratmısan». Atəşin torpaqdan üstün olduğunu düşünmüş, üstünlüyün təqvadan qaynaqlandığını isə unutmuşdu. Allah heç bir qulundan üz çevirmədiyi kimi bu inadkar qulundan da vaz keçməmiş, məqsədini, məramını ona da anlatmışdı. Bu inadkar cin isə Allahın dedikləri ilə razılaşmamış, inadından vaz keçməmişdi. Sonunda səhvini anlasa da təkəbbüründən bunu dilə gətirə bilməmişdi. İblisləşən (ümidsizləşən) bu qul başqaları kimi cinlərin də qiyamətə qədər yaşayacaqlarını bilirdi. Bunu bilməsinə rəğmən bir də dua edib o günə qədər möhlət istəmişdi...
Allah: «zatən sən möhlət verilmişlərdən biri idin» deyərək duasını qəbul etmiş, amma əmrə uymayan bu qulunu olduğu məqamdan qovaraq cəzasını da vermişdi. Cin bu cəzaya da etiraz etmiş, Allaha iftira atmış, azmasının səbəbini özündə, kin-küdurətində deyil, Allahdan bilmişdi. Yaradılmış olmasını bilməsinə rəğmən təkəbbürü ona meydan oxutmuş, Yaradana savaş açdırmışdı: «Sən məni azdırdığın kimi mən də onları azdıracam», deyərək planını da açıqlamışdı: «Sənin doğru yolunun üstündə oturub insanlara mane olacam! Sonra onların yanına sürəti haqqa bürünərək bəzən gizli, bəzən açıq, bəzən dolayı, bəzən məkrli şəkildə qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətinin nankor olduğunu görəcəksən».
Allaha savaş açan İblis adəmi düşmən olaraq qəbul etmiş, onun xəlifəliyə layiqli namizəd olmadığını isbat edərsə bu savaşdan qalib çıxacağına inanmışdı.
Allah da Adəmi xəbərdar etmiş, ona düşmənini tanıtmış, silahını göstərmişdi. Bu savaş meydanında iblislə mücadilədə adəmoğlunın tək qalxanı təqva əlbisəsi idi. Əynində təqva libası olan heç bir qul İblisə uduzmayacaqdı.
İblis savaşda qalib gələ bilməsi üçün öncə adəmoğlunun əynindən bu libası soyundurmalı idi.
Sinsi planını həyata keçirmək üçün İblis Adəmlə zövcəsinin diqqətini yasaq ağaca yönəldi. Hər şeyin adəmoğluna sərbəst olduğu bu bağçada bir yasaq vardısa o da bu ağacın meyvəsi idi. İblis adəmoğlunun yasağı pozacaqları anda təqva libaslarının yırtılacağını bilirdi və nəyin hesabına olursa olsun bu planını həyata keçirməliydi. Gizlicə onlara yaxınlaşıb, dost qiyafətində bürünərək düşmənçilik etdi: «o meyvədən yesəniz mələklər kimi ölümsüz olacaqsınız», deyib fısıldadı «inanın ki, mən sadəcə sizin yaxşılığınızı istəyirəm».
İblis toxumu atmış, adəmoğlunu maraqlandırmışdı.
Adəm və zövcəsi Allahın «yaxınlaşmayın!» dediyi ağaca nəinki yaxınlaşmış, hətta meyvəsindən də dadmışdılar. Qadağanı pozmaq adəmoğluna bahabaşa gəlmişdi. Təqva libasları yırtılmış, eyibləri üzə çıxmışdı. Əllərinin altındakı malzəmələrlə təqva əlbisələrini yamamağa çalışsalar da cəzadan qurtula bilməmişlər və İblislə savaşı başdan uduzaraq hamısı birlikdə o cənnət məkan bağçadan qovulmuşlar. Adəmoğlu artıq əlbisəsini özü tikməli, iblislə savaşa özü hazırlanmalı idi. Babası Adəmin səhvindən dərs almalı yasaqlarına yaxınlaşmamalı idi. Yaxınlaşarsa Yusif kimi geri dönüb qaçamağı bacarmalıdır. Əgər bunu da edə bilməsə o zaman iynə-ipliyini əlində hazır tutub bəzən tövbə ilə, bəzən savablarla, bəzən saleh əməllə, bəzən istiqamət üzrə edilən ibadətlə libasının yamaqlarını tikməyi bacarmalıdır. Bu savaşda artıq hər kəs fərd olaraq nəfsi və iblisi ilə təkbətək savaşır. Sadəcə təqva libası olan güvəndədir.

P.S.Adəmin bir yasaq ağacı vardı. Ona yaxınlaşdı, imtahanını uduzdu, qalib gəlməyin yolunu öyrəndi: əlinin altındakı «əncir yarpağı» ilə söküyünü tikmək. Sənin yasaq ağacın və ya ağacların nələrdir ey adəmoğlu? İmtahanı başından uduzmamaq üçün öncə yasaqlarını tanımalısan. Yırtılan əlbisəni yamamağın yollarını özün tapmalısan. Əlinin altındakı malzəmələri yaxşı tanı. Söküyünü zamanında yamamasan sonradan peşman olacaqsan.
Təqva libasını təmiz tutmağın yolu, Yaradana sözsüz təslimiyyətdir. Bu libasın zəkatı ibadət, sədəqəsi saleh əməldir.
Libasını heç yırtmayanlar bu savaşın liderləri, yamaqlılarsa əsgərləridir.
Unutma ki, vardığı yer cənnət olan qaliblər mühakimə olunmazlar.

loading...
(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
menali yazidir
11 mart 2019 09:59
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Love Angel
Adəm imtahanını uduzdu. Çox maraqlı oldu. Təqva əlifbasının tarixini bilmirdim. Yeni məlumatçün təşəkkür.
10 mart 2019 09:35
1
Don’t try to be different. Just be good. To be good is different enough. 08

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
loading...

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri