Lə nədir? Lə haqqında

Şərhlər: 2
Baxılıb: 206
Paylaş:
Səs ver:
(səs: 0)
Hər şey bir «lə» (yox) ilə başlamalı. Yoxu idarak etmədən varı anlamaq mümkün deyil. Lə'ni yaşamayınca İlahın, kimliyi və varlığı anlaşılmaz qalır. "Allah var!" deyə bilərsən. Bu, heç nəyi dəyişmir. Dəyişməsi üçün yoxdan başlamaq lazımdır. Ona görə də ilk öncə 'Lə' deməli olduqlarını tanımalısan. «Yoxdur ilah, var yalnız Allah» deməyin üçün yoxları anlamalı, anladıqdan sonra isə bütün «nəfsini» toplayaraq onlara bir sədd çəkməyi bacarmalısan.

Sənə «lə» deməyə mane olan nəfsindir. Yəni nəfsinin istəkləri, arzularıdır. Onları nizamlamadan İbrahimi anlaya, İbrahimi anlamadan tövhidi yaşaya bilməzsən. «Arzum, ibadətim, həyatım, ölümüm Sənə ərmağan olsun ey Rəbbim!» deyə bilməyin üçün arzunu nizamlamalı, içindəki 'ilahlara', 'bütlərə' "lə" deməyi bacarmalısan.

Arzu…
İstək…
Nəfs…
Adəmə, 'mən nəfsimə zülm etdim' dedizdirən nəfsinin arzusunu reallaşdırmaq cəhdi idi. Bu cəhdin yanlışını anlayınca nəfsinə necə zülm etdiyini anladı. Çünki nəfs tərbiyəsiz bir uşaq kimidir. "Dur!" deməyi bacarmadınsa səni hər yola sürükləyəcək. İlk öncə özündən uzaqlaşacaqsan. Fikrin fitrətinə dönük olacaq. Əməlin fitrətinə tərs, firkinə münasib olacaq. Sən işlədiyin əməl olacaqsan. Səni adınla deyil, əməllərinlə tanıyacaqlar.
Nəfsinin əlində bir oyuncağa dönəcəksən.
Nəfsin səninlə oynayacaq.
Sən bu oyunu əyləncə sanacaqsan…

Sadəcə bir tamaşaçın olacaq: Şeytan. Alqışını əsirgəmədən izləyəcək oyununu. Bəzən ayaqda alqışlayacaq, bəzən qarşında «şlyapasını çıxaracaq», bəzən sənə rejissorluq edəcək.
Sən, bu tamaşanın tək ifaçısı, şeytan, bu tamaşanın tək seyircisidir.
Bu oyunu bitirməyin sadəcə bir yolu var. Nəfsinə 'lə' dedizdirmək. Şeytana axra çevirərək səhnə arxasına geri dönmək. Hər şeyi yenidən başlamaq.

Tövbə, dilimizə tərcümədə dönmək deməkdir. Həm də 180 dərəcədə. Şeytana arxa çevirmədən yeni oyuna başlamaq mümkün deyil.
Dönəcəksən. Lap başlanğıca. İlk səhnəyə. Pərdələri yenidən açdıracaqsan. Allahın hüzurunda qulluq vəzifəni icra edirmişcəsinə hayqıracaqsan: Yoxdur ilah var yalnız Allah. Şeskpirin «to be or not to be» frazasını dərk edəcəksən.

Olum və ölümün arasındakı fərqi anlayaraq ölümsüzlüyü seçəcək və ilk replikanı söyləyəcəksən: Lə…
Dünya seyrinə dalacaq. Bir deyil, milyonlar izləyəcək ifanı. Mələklər qeydlər edəcək, oyununu ölümsüzlüyün kamerasına çəkəcəklər. Axirətdə filmini izləmək üçün arxivlər sənin DVD disqlərinlə doldurulacaq. "Lə" deyə bağıra bilən birinin varlığını dünya duyacaq. Hər kəs ondan ibrət almaq, ona bənzəmək, onun kimi olmaq istəyəcək. Və sən qürur duyacaqsan. Hamının bənzəmək istədiyi insan olmağınla öyünəcəksən, lakin bunun nə qədər böyük bir məsuliyyət olduğunu da anlayacaqsan. Pərdələr enənə, son replikanı söyləyənə qədər mübarizədə olduğunu unutmayacaqsan. Sən, səninlə, daha doğrusu nəfsinlə mücadilə edəcəksən. Hər səhnədə nəfsin qarşına yeni oyunlarla çıxacaq, yasaq ağaca meyl edəcək, pislikləri süsləyərək sənə gözəl göstərəcəkdir. Sənsə «lə» eynəyi ilə baxacaqsan nəfsinin hiylələrinə, onun süslü-püslü göstərdiklərinə.
Sən, səni ölümsüzləşdirən replikanı unutmadan lə ilahə illallah deyəcək, nəfsinin hər istəyinə qarşı lə qalxanını əlində hazır tutacaqsan.
Sən bu tamaşanın baş qəhrəmanı, nəfsin bu tamaşanın antiqəhrəmanıdır. Bu dramda sən özün özünlə, öz nəfsinlə mübarizədəsən. Fikrin hansının yanında olacaqsa, əməlin onun yanında olacaq. Fikrin kimi dəstəkləyəcəksə qalib olan, alqış qazanan o olacaq.
Fikrini yeniləmək, həyatını yenidən format eləmək üçün LƏ tuşuna başmanın zamanı çoxdan gəlb.

P.S. İnkar etmədən təsdiq mümkün deyil.
Cahillik bilgisizlikdir. Bir dinə mənsub olduğunu iddia etmək üçün o din haqqında bilgin olmalıdır. Natamam bilgilər səni dinsiz edəcək. Dinsizlik özü də bir din olduğu üçün sən dində olduğunu sanacaqsan.
Birini müşrik edən, Allahı təsdiq etsə belə, bütlərini inkar edə bilməməsidir.
Münafiqlik isə oynamaqdır. Hər kəsin qarşısında fərqli oyun nümayiş etdirmək.
Fasiqlik əməl naqisliyidir.
Müsəlman olmaq isə mücahid olmaqdır. Nəfsi ilə mücadilədə qalib gələ bilənə Allah mömin deyir. Sən qalibsən. Əgər dönə bildinsə…

loading...
(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Love Angel
Lə' deməli olduqlarını tanımalısan. «Yoxdur ilah, var yalnız Allah» deməyin üçün yoxları anlamalı, anladıqdan sonra isə bütün «nəfsini» toplayaraq onlara bir sədd çəkməyi bacarmalısan.
11 mart 2019 13:52
2
Don’t try to be different. Just be good. To be good is different enough. 08
Offline
vipbetul
gozel menali yazidir
11 mart 2019 10:20
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
loading...

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri