İnsanın ruhu, Allahın ruhunun bir hissəsindəndirmi?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 184
Səs ver:
(səs: 0)
Qurani-Kərimin ayələri bizə xəbər verir ki, Allah Təala insanı xəlq edən zaman Öz ruhundan ona üfürmüşdür

«Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün)səcdə halında üzü üstə düşün!». (“Hicr” 29).

Əlbəttə, bu ayədə işlənən üfürmək sözü – bir metaforadır. İnsan bədənində ruhun yaranmasına işarə edir. Yəni, həqiqətdə belə deyildir ki, ruh bir külək kimi insan bədəninə daxil olsun. Mümkün mənası budur ki, bədən ilə ruhun arasında rabitə yaradılmışdır.

Bəs Allah Öz ruhunun bir hissəsini insana vermişdir?

Belə deyildir ki, Allah Öz ruhunun bir hissəsini ayırsın və onu xəlq etdiyi məxluqlara versin. Çünki, Allahın varlığı cisim deyildir ki, hissələrə malik olsun. Həmçinin onun bir hissəsinin məhdud bir varlıqda yer alması da mümkünsüz bir iddiadır.

Burada məqsəd odur ki, Allah Təala Öz dəyərli məxluqu olan ruhu insan bədənində qərar vermişdir. Yəni, Allah ruhu da xəlq etmişdir və bu dəyərli məxluq olan ruh, bir çox istedadlara malik olan məxluqdur. Bu ruh elmə, istedadlara, təfəkkürə, ağıla, vicdana və s. malik olar. Ölüm ruhu aradan aparmaz, yalnız onun halını dəyişdirər.

Dünya bütün nemətlərinə baxmayaraq, insan üçün bir zindandır. Bu dünyadan xaric olmaq – dar zindanı tərk etmək deməkdir.

Beləliklə deyə bilərik ki, Allahın insan bədəninə üfürdüyü ruh – Öz müqəddəs varlığından deyildir, xəlq etdiyi və ruh adlanan məxluqdur ki, onu dəyərli hesab edir və insan bədənində qərar verir.

Bu məxluq əbədidir və ölümlə aradan getmir. Kamala meyil edəndir və insanı təkamül etdirir.

İmam Baqir (ə) ruhun üfürülməsi ayəsinin təfsirində buyurmuşdur: “Allah ruhu xəlq etmiş və ondan Adəmə (ə) üfürmüşdür”. (Hədənə)

İmam Sadiq (ə) buyurur: “Allah bir mövcud xəlq etdi və ruhu da xəlq etdi. Sonra mələyə əmr etdi ki, ruhu bədənə üfürsün. Bu, Allahın qüdrətindəndir.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 184
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
vipbetul
gozel yazidir
Dünən, 10:40
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Online
diablo
Maraqlı oldu oxumaq təşəkkür can
11 iyun 2019 18:10
1
Perfect

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri