Niyə Qədr gecəsi məhz Ramazan ayında olur?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 179
Səs ver:
(səs: 0)
(Ustad Ənsarianın dərslərindən)

"Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz". ("Bəqərə" 183).

Bu ayədən də göründüyü kimi, oruc insanın paklanmasına və təqvalı olmasına səbəb olar.

Qadinla.com bildirir ki, Ramazan ayı iki cəhətdən möhtərəmdir: biri özünə aiddir, biri isə Qurana.

Həmçinin bu ayda iki cür qoruma vardır: biri insanın şeytanın (lən) vəsvəsəsindən qorunmasıdır, ikincisi isə İlahi əzaba düçar olmaqdan qorunmasıdır.

Bu ayda iki nemət vardır: behiştin qapılarının açılması, ikincisi isə insan ruhunun və canının hüzur tapması.

Bu ayda insana iki hədiyyə verilər: oruc tutanın yuxusu ibadətdir, sükutu isə təsbihdir.

Oruc tutanın iki sevinci və fərəhi olar: iftar edən zamanı, Allahla görüşən zaman.

Bildiyimiz kimi, Qədr gecəsi Ramazan ayında olur və Quran da bunu açıq şəkildə bəyan etmişdir. Bu gecənin belə adlanmasının sirri ondadır ki, "qədr" sözü "ölçmək" deməkdir. Qədr gecəsi - insanların ölçüldüyü gecədir.

Allah Təala o gecədə insanların birillik taleyini təqdir edər. Həyatlarını, ölümlərini, ruzilərini, səadət və bədbəxtliklərini...

Ancaq Ramazan ayı insanların ölçülməsi üçün layiqli bir aydır. Çünki, bu ayda lənətlik şeytan zəncirə vurular və insanın etdiyi əməllərdə onun dəxaləti olmaz. İnsan bu mübarək ayda oruc tutaraq paklanar və fitrətinin hədəfinə qayıdar. Allaha yaxınlaşar, Qurana yaxınlaşar, yoxsulların əziyyətini görməyi bacarar, qəflətdən ayılar, bir insanın vəzifələrini dərk edər.

Bu səbəbdəndir ki, Müqəddəs Qurani-Kərim bu mübarək ayda nazil olmuşdur.

Beləliklə deyə bilərik ki, Ramazan ayı on bir ayın sultanı olduğu üçün, Qədr gecəsinin, yəni insanların dəyərinin ölçüldüyü və talelərinin həll olduğu gecənin bu ayda olması məntiqli və daha münasibdir. Allah Təbarəkə və Təala hər şeyi bilən və hər şeydən agah olandır. Ona görə də bu gecəni məhz Ramazan ayında, Quranın nazil olan gecəsində qərar vermişdir". (Beytutə)

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 179
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqli melumat oldu
23 aprel 2019 10:36
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Love Angel
Bəli, Qədr gecəsində müqəddəs kitabımız olan "Qurani-Kərim" yer uüzərinə endirilib.

"Qədr" sözü "ölçmək" deməkdir.

Bunu bilmirdim.
22 aprel 2019 15:00
2
-"Bitti" dediğin anda yeniden başlarmış insan. Başka yerde, başka şekilde, başka hayatlarla. Mutsuz, tedirgin, ama "Yeniden" Ve bitti dediğinde durduğunu zannetdiğin her şey, yeniden yepyeni güzellikler için çarpmaya devam edermiş. Yani nefes alıyorsa insan, "Umut" var demekmiş.
Offline
BakılıQız
Qedr gecesi ramazan ayinin son 10 gunune dusur. Men bildiyime gore muqeddes "Qurani-Kerim" yere endirildiyi gundu
22 aprel 2019 12:27
1
Гулмек бир вирусдур, гулумсейин 30

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri