Namaz qılmayan şəxsin oruc tutması düzgündürmü? - İlahiyyatçı aydınlıq gətirdi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 303
Səs ver:
(səs: 0)
Namaz qılmayan şəxsin oruc tutması düzgündürmü?
Qadinla.com xəbər verir ki, bu sualı ilahiyyatçı Hacı Şahin Həsənli cavanlandırıb:

"Namaz və oruc ayrı-ayrı vacib ibadətlərdir və bəzi hallarda bəzi insanlar namaz qılmadıqda digərləri ona oruc tutmağın da mənasız olduğunu deyir. Deyir "Namaz qılmırsansa oruc tutub özünə boş-boşuna əziyyət vermə". O tamamilə yanlış fikirdir, səhv yanaşmadır. Namaz qılmasa belə oruc tutursa, hər bir halda bu onun gələcəkdə Allaha yaxınlaşmasına xidmət edə bilər, digər dini ayinləri icra etməyinə yardımçı ola bilər. Ona görə də namaz qılmaq vacib olsa da namaz qılmayan insanların oruc tutması lazımdır və oruc tutanlar da oruclarına davam edə bilərlər".

Xatırladaq ki, fətvaya əsasən, Azərbaycanda Ramazan ayının ilk günü mayın 6-da başlayacaq. Mayın 5-dən 6-na keçən gecə niyyət gecəsidir. Ramazan ayının son günü iyunun 4-nə təsadüf edir. İyunun 5-6-sı Azərbaycanda Ramazan bayramıdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 303
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri