Orucluq zamanı kosmetikadan istifadə etmək və dəriyə hopan kremlər çəkmək olarmı?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 253
Səs ver:
(səs: 0)
Bəzi şəxslər orucluq zamanı bədənə yeridilən qida maddələrindən istifadə etməyin qadağan olduğuna əsaslanaraq, elə düşünürlər ki, dəriyə hopan və beləliklə, bədənə keçən kremləri də çəkmək olmaz. Lakin bu düşüncə yanlışdır. Çünki kremlər bədənə qüvvət verən qida maddəsi sayılmır, bunlar bədən üzvündəki hər hansı daxili və ya xarici problemi (quruluq, yara, ağrı və s.) aradan qaldırmaq üçündür.

Qadinla.com bildirir ki, ona görə də, orucluq zamanı bədənə krem çəkməyin maneçiliyi yoxdur. Eləcə də, kosmetikadan istifadə etmək məsələsində də orucluqla sair günlər arasında fərq yoxdur. Kosmetikadan necə və hansı həddə istifadə etmək başqa günlərdə icazəlidirsə, orucluqda da icazəlidir. Yalnız buna diqqət yetirmək lazımdır ki, kosmetik vasitə ağız və ya burun vasitəsilə bədənə keçməsin (bu, əsasən dodaq boyasına və ətirə aiddir).
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri