Nə səbəbə İmam Səccad (ə), onu tanımayanlarla səfərə çıxmağa üstünlük verirdi?

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 165
Səs ver:
(səs: 1)
İmam Baqir (ə) atası İmam Səccad (ə) barəsində nəql edir: "Atam (adətən) o kəslərlə səfərə çıxardı ki, onu tanımazdılar. Karvançılar ilə şərt bağlayardı ki, onların ehtiyaclarını yerinə yetirsin və onlara xidmət etsin.

Səfər zamanı Həzrət (ə) yol yoldaşlarına xidmət etməklə məşğul olan zaman, onlardan biri Həzrəti (ə) tanıyır.

Karvan əhlinə deyir: "Bilirsiniz bu şəxs kimdir?". Deyirlər ki, xeyr.

Cavab verir: "O, Əli ibn Hüseyndir (ə)".

Bu zaman müsafirlər Həzrəti (ə) hər tərəfdən əhatə edirlər. Onun əlindən və ayaqlarından öpürlər.

Deyirlər: "Ey Allah Rəsulunun (s) oğlu! İstəyirsiniz ki, biz cəhənnəmlik olaq?! Əgər Allah eləməmiş sizə qarşı ədəbsizlik edərik - bədbəxt olarıq. Nə səbəb olmuşdur ki, siz belə edirsiniz?".

Buyurur: "Mən nə zaman məni tanıyanlarla səfərə çıxıram, onlar Peyğəmbərin (s) ehritamına görə mənə həddən artıq xidmət edirlər. Sizin də onlar kimi ola biləcəyiniz qorxusundan, tanınmayan halda sizinlə birlikdə oldum".

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 165
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
diablo
Gözəl buyurmuş.Təşəkkür can
20 avqust 2019 20:08
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri