Haram musiqi duaların qəbul olmasına mane olar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 301
Səs ver:
(səs: 0)
Ğina (haram musiqi), rəqs - haram əməllərdəndir ki, bəzi insanlar aldadıcı ruhi rahatlıq tapmaq üçün onlara üz tutur. Bu vasitə insanda aldadıcı müvəqqəti rahatlıq imitasiyası yaradar, ancaq ona həqiqi rahatlıq verə bilməz.

Qadinla.com bildirir ki, bu gün dünyanın çox yerində ğinanın və rəqsin minlərlə növündən istifadə edirlər. Bunlar rahatlıq verəndirsə, nədən dünyada iztirab və narahatlıqlar baş alıb gedir? Ğina nəinki bəşəri rahatlada bilmir, bəlkə insanı bir çox ruhi xəstəliklərə düçar edər.

Tibb elmi mütəxəssisləri bu əqidədədirlər ki, ğina insanın ruhuna ziyan vurur. Onların gəldiyi qənaətə görə, ğina insanın əsəblərini zəiflədir, ruhi həyəcan yaradır, qəlbinə təsir edir, qan təzyiqini qaldırır, bəzən insanı intihara qədər apara bilir. Eyni zamanda ömrü azaldır və insanın qeyrət hissinə mənfi təsir göstərir.

Həzrət Peyğəmbər (s) buyurur: "Ğina - zinanın müqəddiməsidir və ona səbəb olar". İmam Sadiq (ə) buyurur: "Ğina - nifaqa və ikiüzlülüyə səbəb olar, ardınca yoxsulluq gələr". Həzrət (ə) başqa yerdə buyurur: "O evdə ki, ğina oxunar, qəflət gələn bəladan amanda olmaz. Orada dualar qəbul olmaz, mələklər ora daxil olmaz".

Beləliklə, deyə bilərik ki, ğina insanı çox sayda günaha düçar edər ki, bunlara zina, nifaq, yoxsulluq, qəflətən gələn bəla daxildir. Həmçinin ğina oxunan evdə edilən dualar qəbul olmaz. Bəs bu cür olan ğina, insana necə rahatlıq bəxş edib, onu iztirabdan uzaqlaşdıra bilər ki?

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 301
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
kivircik
Bu barede bilgim yox idi. Fikrimce hech bir musiqi meni ihtihara surukleye bilmez. Amma musiqi dinleyende ruhum dincelir
4 noyabr 2019 15:36
4
Offline
Alin
Musiqiyə qulağ asmaq haramdır?
3 noyabr 2019 10:45
3
Offline
tatyana
Tamamile dogru qeyd edilib
3 noyabr 2019 05:29
2
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Online
BARBI
Anlamadim haram musiqi yeni myasir musiqiler haramdi
2 noyabr 2019 22:16
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri