Doğrudurmu ki, Allah Qurani-Kərimdə şairləri tənqid edib?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 088
Səs ver:
(səs: 0)
Qurani-Kərimdə şairlərin adı ilə bağlı surə var: Şüəra surəsi (26-cı surə). Surənin sonunda buyurulur: "(Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnız azğınlar uyar! Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? Və onlar etmədikləri şeyləri deyirlər! Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa!"

Qadinla.com bildirir ki, göründüyü kimi, burada şairlər arasında bölgü aparılır. Haqq yolundan azmış, başqalarını da azdıran, yalan danışan, mübaliğə edən şairlər pislənir. Əksinə, imanlı, əməlisaleh şairlər təriflənir. Məlum olduğu kimi, İslamdan əvvəl Ərəbistanda şairlər əsasən, ya aşiqanə qəzəllər, ya hərb şeirləri söyləməklə, ya da kimisə tərifləmək və ya həcv etməklə məşğul idilər. Onlar bu işi qazanc mənbəyinə çevirmişdilər. Lakin İslam şeirə və ədəbiyyata məna gətirdi. Dini mətnlərimizdə İmam Əlinin (ə), İmam Hüseynin (ə) və digər məsumların söylədikləri şeirlər öz əksini tapıb. Peyğmbərimiz (s) və imamlarımız mömin şairlərə dəyər vermiş, onlara qiymətli hədiyyələr bağışlamışlar. Bu mənada İslamın bütünlükdə şairləri və şeiri tənqid etdiyini söyləmək yanlışdır. Hər şey şairin şəxsiyyətindən və dediyi şeirin məzmunundan asılıdır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 088
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri