Çətinliklərdə Allahı günahlandırmaq İblisin yoludur

Müəllif: Love Angel
Şərhlər: 4
Baxılıb: 251
Səs ver:
(səs: 0)
Bəzən elə olur ki, insan həyat yolunda çətinliklə üzləşən zaman Allaha şikayət edir və Uca Yaradanı təqsirkar saymağa çalışır. Sanki yaxın dostdan giley edən kimi.

Ancaq bütün bunlar bizim cəhalətimizdən irəli gəlir. Çünki biz özümüzü və Allahımızı yaxşı tanımırıq. Ağrını müəyyən etmək - onun müalicəsinin bir hissəsidir. Əgər biz özümüzü islah etməsək - yolunu azmışlardan və İblisin (lən) davamçılarından olarıq. Çünki Allahı günahlardırmaq - İblisin (lən) getdiyi yoldur, biz insanların deyil.

O zaman ki, Allah Təala bu məluna insana səcdə etməklə bağlı əmr verir, o, təkəbbür edir və Allaha itaətsizlik edir. Sonra da öz inadını qəbul etmək yerinə, Allahı günahlandırır.

Qadınla.com bildirir ki, Şeytan (lən) insana da bu dağıdıcı yolda getməsi üçün həmişə vəsvəsə edər. Ancaq biz insanlar gərək ayıq olaq və etdiyimiz pis əməllərin nəticəsini özümüzdə görək, başqalarında deyil, xüsusilə də Allahda deyil.

Biz gərək bilək ki, kimik, nəyimiz vardır və hansı işlər görməyə qadirik. Peyğəmbərimiz (s) buyurur: "Yəqinən hər kim özünü tanıyar - Allahını da tanımış olar".

Ona görə də hər birimiz ilk olaraq özümüzü tanımalıyıq, ləvvamə nəfsin dediklərinə qulaq asmalıyıq. Əmmarə nəfsi isə öz qulumuza çevirməliyik.

Əgər əmmarə nəfsin sayəsində günah ediriksə də, tez tövbə edib, Allaha doğru qayıtmalıyıq.

Bunu unutmayaq ki, hər birimiz Allahın bəndəsiyik və Allah bizlərin hamısını sevir. Allah hətta günahkar bəndələrini belə sevir və onlara, rəhmətindən ümidsiz olmamağı tövsiyə edir. Çünki tövbə qapısı Qiyamətə qədər açıqdır və aqil insan bu qapının bərəkətlərindən həmişə faydalanmalıdır.

"De: "Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!"". ("Zumər" 53).

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 251
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
kivircik
Allahdan ne gelirse insan sebrli olmalidir,hersheyin xeyirlisini istemek lazimdir,herkes hemishe xoshbext olacaq deye birshey yoxdu,chetinlik herzaman yarana biler esas imanli ve guclu olub ohtesinden gelmekdir
12 yanvar 2020 14:27
4
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Offline
Miss_Oxatan
eslinde beledir cox az insan olar ki hec vaxt nese bele soz demesin.meselen men uwaqlara qarwi cinsi istismarlar ewidende fikirlewirem.deyirem o ki korpe uwaq idi nece susub baxdi.ve bu duwunce o an ixtiyarsiz yaranir.
11 yanvar 2020 01:33
3
#flatearth
Offline
Senoritta
Bağışlayan Və Mehriban Yalnız Odur. Bəzi insanlar heç vaxt öz səhvlərini başa düşməyəcək))
10 yanvar 2020 10:47
2
Offline
Miss_official
Heqiqeten biz insanlar sehvi UCA ALLAHDA yox,ozumuzde gormeliyik
9 yanvar 2020 23:21
1
Musiqini yuksek sesle dinle
O zaman qelbinin sesini daha az esideceksen

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri