Allahümə,Sən Allah'san (1)

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 272
Səs ver:
(səs: 1)
Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Allahummə, Sən Allahsan, Sənədir qulluğumuz, Səndədir çarəmiz, Səninlədir varlığımız, Səni axtarar ruhumuz, Səni anar qəlbimiz. Başqaları yaradılmışdır Sən isə yaradansan, başqaları möhtacdır Sən ehtiyacsızsan və ehtiyacları görənsən. Başqaları cahildir, Sən Alimsən. Başqaları bir an sonra başlarına nə gələcəyini bilməz, Sən olanları və olacaqları, olmayanları və olsa idi necə olardı bütün bunların hamısını bilirsən. Başqaları yatar və unudar, Sən isə nə mürgüləyər nə də yatar, nə də unudarsan. Başqaları acizdir, Sən isə hər şeyə qadirsən, Səndən ümüd kəsilməz, Sən imkansız şeyləri mümkün edənsən, ölüdən diri, diridən ölü çıxardansan,

Sən bizə rəhm etdiyin üçün bizə Məhəmməd (Allahın ona salavat və salamı olsun) göndərənsən, günah etdiyimiz andan dərhal bizi cəzalandırmağa tələsməzsən, tövbə etməyimiz üçün bizə möhlət verərsən, Sən ki bizlərə valdeyinlərimizdən də daha çox qayğı və sevgi göstərənsən, Sən, səni dərk edən üçün hər şeyi əvəz edərsən, amma hər şey səni əvəz edə bilməz, Səndən başqa ibadətə layiq heç bir ilah yoxdur, Sən Allahsan, Sən Rəhman və Rəhimsən, Sən zul-Cələli val İkramsan, Sən Həyyul Qayyumsan, Sən ki heç bir tayı və bərabəri olmayan, doğmayan və doğulmayan Allahsan, Sənki bütün nöqsansız sifətlərin və gözəl adların sahibisən, o adlar ki Sən o adlarla özünü adlandırdın, o adlar ki Sən onları yaratdıqlarından kiməsə öyrətdin, o adlar ki Sən onları öz aləmində bildiyin hikmətə görə gizli tutdun, bütün ad və sifətlərinlə səndən istəyirik ki: Bizləri Cənnətinə və Cənnətinə yaxınlaşdıran bütün əməllərə müvəffəq elə və bizləri əzabından və əzabına yaxınlaşdıran bütün şər əməllərdən qoru! Günahlarımızı və qüsurlarımızı bağışla, bizləri cəmi səhv və qüsurlardan salamat et, dualarımızı qəbul et, aqibətimizi xeyirli elə, son nəfəsimizdə tövhid kəlməsini deməmizi bizə nəsib et, ölülərimizi bağışla, bizi şeytanın və düşmənlərimizin şərindən, -i əmmarənin şərindən mühafizə et! Evimizə yaxşılıqlar, xeyirli və bərəkətli ruzilər lütf et, müsəlmanlara salamatçılıq lütf et, din düşmənlərini qəhr və pərişan et. Kafirlərlə cihad etməkdə olan müsəlmanlara yardım et!

Həmd olsun Aləmlərin rəbbi Allaha.

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 272
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
kivircik
Allaha dua elemeyi sevirem. Her axsham Allahimdan ailem ve ozum uchun hami uchun xeyirli olani isteyirem. Allah herkesin dualarini qebul elesin, hech bir bendeni charesiz qoymasin, bizleri de bendelere yuk ve mohtac elemesin.
Dua etmek, hersheyi el achib yalniz Allahimdan istemek meni chox rahatladir. Elhemdulillah!
16 oktyabr 2019 16:17
2
Offline
Cema_Axodova
Amin inwallah
15 oktyabr 2019 18:05
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri