Həzrət Peyğəmbərin İmam Hüseynə məhəbbəti

Müəllif: Ay_işığı
Şərhlər: 7
Baxılıb: 3 141
Səs ver:
(səs: 2)
Həzrət Peyğəmbər (s) İmam Hüseynə (ə) həmişə xüsusi diqqət göstərərdi. Çünki Peyğəmbərin (s) öz əziz nəvələri ilə xüsusi rabitəsi var idi. Nə zaman bu azyaşlı balaları müşahidə etsə idi, onları qucağına alar və çoxlu öpərdi.

Bu haqda çox sayda hədis bəyan edilmişdir. İbni Quluyə nəql edir: "İmam Baqir (ə) bəyan etmişdir: "Nə zaman Seyyidi-şühəda (ə) Peyğəmbərin (s) yanına gələrdi, Həzrət qucağını böyük açardı"".

Mühüm nöqtə budur ki, Həzrət (s) harada olursa-olsun, istər qızının evində, istər məsciddə, ya öz evində - nəvəsini görən kimi onu qucağına alar və sevinərdi.

Nəql edilir ki, Həzrət (s) onu qucağına ala bilməyəndə, İmam Əliyə (ə) buyurardı ki, onu gətirib onun qucağına versin... (Həvzəh)

İmam Sadiq (ə) buyurur: "Hər kim istəyər Peyğəmbərlə (s) qonşu və İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) kənarında olsun, İmam Hüseyni (ə) ziyarət etməyi tərk etməsin".

İmam Hüseyn (ə) buyurur: "Hər kim Allah Təalaya ixlas və sədaqətlə ibadət edərsə, Allah Təala onu ən yaxşı arzularına çatdırar və həyat mövzularını (yaşayışı üçün lazım olanları) təmin edər".
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 141
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri