Cəhənnəmə daxil olmağın əsas səbəbi

Müəllif: diablo
Şərhlər: 6
Baxılıb: 1491
Səs ver:
(səs: 0)
Cəhənnəmə daxil olmağın ən əsas səbəbi - şeytanın (lən) ardıcılı olmaqdır. Ancaq bu davamçılıq məcburi deyildir. Muxlis insan özünü şeytanın (lən) hər cür vəsvəsəsindən qoruyar.

Qurani-Kərim bu haqda buyurur: "Və şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa!". ("Hicr" 42).

Əgər insan Allahın razı olmadığı əməlləri yerinə yetirərsə, şeytanın ardıcılı hesab olunar. Belə bir əməlin həqiqəti atəşdir. Çünki şeytanın özü də atəşdir və atəşdən xəlq olmuşdur. İnsan bu dünyada yerinə yetirdiyi hər bir günaha görə axirətdə üzləşəcəkdir. Günahın cəzası atəş olduğu üçün insan, əməllərinin atəşi mühasirəsində qərar tutar və bu atəşdən qaça bilməz.

Cəhənnəm əhli olmağın 4 amili ilə tanış olaq.

Qurani-Kərimdə belə bir ayə vardır ki, buyurulur: "Onlar möminləri "məgər biz dünyada sizinlə deyildik?" (deyə) səsləyəcəklər. (Möminlər) deyəcəklər: "Bəli, lakin siz özünüzü həlakətə atdınız, (möminlər üçün hər cür fəlakət, şər) gözlədiniz, (haqq dinə) şübhə etdiniz, (batil) arzular sizi məğrur etdi və nəhayət, Allahın (sizin məhviniz barəsindəki) əmri gəlib yetişdi və yalançı şeytan sizi Allah barəsində aldatdı"". ("Hədid" 14).

Bu ayədə behiştdə və cəhənnəm olan tanışların bir-biri ilə söhbətindən bəhs olunmuşdur. Cəhənnəmdə olan behiştdə olana deyir ki, biz ki, dünyada qardaş idik, bəs niyə mən buradayam, sən ordasan?

Həmin şəxs cavab verir ki, bəli, dünyada tanış idik və ancaq sən dünyada olan zaman 4 səhvə yol vermisən ki, səni cəhənnəmlik etmişdir.

Onlar bu amillərdir:
1. İlahi imtahandan keçməmisən və özünü həlak etmisən.

2. Möminlərə həsəd aparmış və onlara əziyyət etmisən.

3. Allahın dinində şəkk etmisən.

4. Uzun arzular səni qürurlandırmışdır. (Həvzəh)

Bəli, bu səbəbdəndir ki, bəzən bir ailədə biri behişt əhli olur, o birisi isə cəhənnəm. Bu dörd amildən çəkinmək - hər bir behişt əhli olmaq istəyənin həyatdakı əsil hədəfi olmalıdır.

Allah cəmi insanları bu işdə müvəffəq etsin!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1491
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 6179
Xəbər sayı: 0
Cema_Axodova
Kaw bezi insanlar cehennem ezabindan qorxa bu heyatda gunah iw gormeye
1 iyun 2020 21:31
6
p.s
Şərh sayı: 12276
Xəbər sayı: 0
tatyana
4. Uzun arzular səni qürurlandırmışdır. (Həvzəh)
Misalcün insan pul qazanır, pulu artıqca arzuları coxalır, arzularına catdıqca emelleri coxalır, emelleri coxaldıqca günahları coxalır, gunahları coxaldıqca cehennem yaxınlaşır( herkese aid deyil)
Misalcün pul geldikce daha cox istiyir, verir pulunu kimese faizle(1ci günah), faizi alır gedir bazarlıga, kimsenin bogazından kesdiyi pulla, haram pulla çörek alıb yeyir(2ci günah), sonra görür pulu var gedir dincelmeye, icki icir gözü o yana-bu yana baxır(3cü günah), haram qazandıgı pulu başqalarıyla xercleyir( misalcün dostlarla yeyib-icmek) başqalarının bogazından haram loxma kecirmiş olur(4 cü günah), ve bütün bunlarla yanaşı qururla danışırkı qazanıram istediyim kimi yaşayıram( Allahı unudur)(5ci günah)
Veee en sonda _Pandam_ dediyi kimi gelecek planlar qurur, misalcün,gelen il Antalya'ya gedejem( yenede unudur Allahı, cünkü biz bilmirik sabah ne olajax)
Allahım hamımızı emeli-saleh insanlardan etsin, günahlarımızı bagışlasın
1 iyun 2020 15:25
5
YAXŞILAR HER ZAMAN PİSLİYİN SACDIGI PİS QOXUDAN QOXARLAR, NE QEDER YAXŞI OLURSAN OL,ETRAFINDA PİSLİK VARSA SENE PİSLİK SAÇAR
Şərh sayı: 4690
Xəbər sayı: 47
fiyonik
_pandam_-Anladim, cox tesekkurlerheart
1 iyun 2020 15:02
4
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 601
Xəbər sayı: 12
_pandam_
fiyonik uzun arzular heyatda geleceye dair qurduğun arzulardı. Sen o gelecekde olub olmayacağını bilmirsen. Ne zaman öleceyini bilmirsen ona görede uzun arzular qurmamalısan.

Başlığı oxuyandan gözlüyüremki Allaha şirk qoşmaq deilecey. Ama deyilmedi. En böyük günah Allaha şirk qoşmaq, başqa birşeyi tanrı olaraq qebullanmaqdı. Mene göre buda cehenneme daxil olmağın başlıca sebeblerindendir amma niye qeyd olunmadı bilmedim
1 iyun 2020 14:54
3
Şərh sayı: 373
Xəbər sayı: 0
_samire_
Maraqli melumat idi gulum.xebere gore tesekkurler...
1 iyun 2020 11:20
2
Şərh sayı: 4690
Xəbər sayı: 47
fiyonik
Bezileri mene catsa da. Son, yeni 4-cunu hec cur anlaya bilmedim. Zeif iradeli insanlar Seytanin oyunlarina serik olurlar. Maragli melumat idi. Tesekkurler!
1 iyun 2020 11:13
1
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri