Mömin bu dünyada niyə bəla çəkir?

Müəllif: Btsarmy;)
Şərhlər: 6
Baxılıb: 1227
Səs ver:
(səs: 0)
Müxtəlif hədislərdən belə nəticəyə gəlmək olur ki, iman əhli üçün nazil olan bəlaların əksər hissəsi - günahlarının kəffarəsidir.

Məsumlardan (ə) gələn hədislərə nəzər salaq:
1. İmam Baqir (ə) buyurur: "Əgər Allah Təala bəndəsini günahına görə cəzalandırmaq istəsə, onu xəstə edər. Əgər bu işi görməzsə, yoxsulluğa düçar edər. Əgər onunla bu işi də görməsə, ölümü onun üçün çətin edər ki, onun vasitəsilə günahının əvəzini alsın".

2. İmam Sadiq (ə) buyurur: "O zaman ki, bəndənin günahı çox olar və Allah onu pak etmək istəyər - onu elə qəmə düçar edər ki, günahlarının kəffarəsi olar".

3. Əziz Peyğəmbərimiz (s) buyurur: "Qəm və qüssə davamlı olaraq möminin ardınca olar, o zamana qədər ki, onun üçün günah qoymaz".

4. İmam Sadiq (ə) buyurur: "Həqiqətən mömin dünyada qəmgin olar o zamana qədər ki, dünyadan o halda xaric olar ki, günahı qalmaz"

5. Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala buyurur ki, elə bəndə yoxdur ki, Mən onu behiştə aparmaq istəyim, məgər o halda ki, onu bəlaya düçar edərəm ki, günahlarının kəffarəsi olar".

6. Əmirəl-möminin (ə) buyurur: "Allah hər kimin dünyada günahının cəzasını verməyə tələsərsə, axirətdə ona cəza verməz".

7. İmam Sadiq (ə) buyurur: "Mömin üçün 40 gecə keçməz, məgər o halda ki, başına iş gələr və onu qəmgin edər ki, təzəkkür almuş olsun"

8. Başqa hədisdə oxuyuruq: "Behiştdə elə məqam vardır ki, heç bir bəndə ona çatmaz, məgər o halda ki, dünyada ona bəla çatar".

9. Həzrət Peyğəmbər (s) buyurur: "Məlundur o bədən ki, zəkatı verilməmiş olsun".

Soruşurlar ki, bədənin zəkatı nədir?

Həzrət (s) buyurur: "Bədənin zəkatı odur ki, ona ziyan dəyər. Misal üçün qaşınar, ayağı daşa ilişər, xəstə olar, tikan batar...".

Bu hədislərdən göründüyü kimi, möminin bu dünyada çəkdiyi bəlaların əksər hissəsi - günahlarının kəffarəsidir. Ona görə də iman əhli başqalarından fərqli olaraq, bu müsibətə səbir edər və Allah yanında sabir məqamına çatar.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1227
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 370
Xəbər sayı: 12
Qeydiyyat: 31.03.2020
_pandam_
Sitat: Onun_Mələyi
Bəs körpə uşaq xəstədisə hansı günahının cəzanı ödəyir görəsən?(((

O ana atasının sevdiklerinin imtahanıdı..

Bilirdim bunları. Allah sebr edenleri sever. Ona görede her çetinliyw sebr etmelisenki o günahların silinsin..
12 may 2020 17:46
6
Şərh sayı: 1361
Xəbər sayı: 5
Qeydiyyat: 18.07.2019
kivircik
Bu barede bezi sheyleri bilirdim,bilmediklerimi de bilmish oldum. Allah ,xestelik ve derd verdiyinde sebrimizi bol etsin inshAllah
4 may 2020 22:58
5
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Şərh sayı: 1977
Xəbər sayı: 1910
Qeydiyyat: 28.11.2017
Onun_Mələyi
Bəs körpə uşaq xəstədisə hansı günahının cəzanı ödəyir görəsən?(((
4 may 2020 17:01
4

- Dünyanın ən gözəl ritmi, Onun sənin üçün döyünən ürəyidirheart
Şərh sayı: 2096
Xəbər sayı: 109
Qeydiyyat: 30.11.2019
Btsarmy;)
3. Əziz Peyğəmbərimiz (s) buyurur: "Qəm və qüssə davamlı olaraq möminin ardınca olar, o zamana qədər ki, onun üçün günah qoymaz".....
4 may 2020 11:05
3
-^ A person starts dying when they stop dreaming...✌
Şərh sayı: 878
Xəbər sayı: 19
Qeydiyyat: 27.06.2019
_Tək_ İL_
Sitat: Cema_Axodova
1. İmam Baqir (ə) buyurur: "Əgər Allah Təala bəndəsini günahına görə cəzalandırmaq istəsə, onu xəstə edər. Əgər bu işi görməzsə, yoxsulluğa düçar edər. Əgər onunla bu işi də görməsə, ölümü onun üçün çətin edər ki, onun vasitəsilə günahının əvəzini alsın".
Bu fikir cox xowuma gelsi

Eynilə mənim də
4 may 2020 10:35
2
Dəli ^_^
Şərh sayı: 6000
Xəbər sayı: 0
Qeydiyyat: 16.11.2017
Cema_Axodova
1. İmam Baqir (ə) buyurur: "Əgər Allah Təala bəndəsini günahına görə cəzalandırmaq istəsə, onu xəstə edər. Əgər bu işi görməzsə, yoxsulluğa düçar edər. Əgər onunla bu işi də görməsə, ölümü onun üçün çətin edər ki, onun vasitəsilə günahının əvəzini alsın".
Bu fikir cox xowuma gelsi
4 may 2020 10:27
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri