Orucun həqiqəti

Müəllif: Btsarmy;)
Şərhlər: 3
Baxılıb: 762
Səs ver:
(səs: 1)
Ramazan ayı Allah-Taalanın Öz kitabı Qurani-Kərimdə adını çəkdiyi və yad etdiyi yeganə aydır. "Bəqərə" surəsinin 185-ci ayəsində bu barədə buyurur:

شَهْرُ رَمَضَانَ الَّذِيَ أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِّنَ الْهُدَى وَالْفُرْقَانِ

"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlillərlə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran Ramazan ayında nazil edilmişdir..."

Bu ayəyə əsasən, insan bu ayda "furqan" məqamına yüksələ və haqqı batildən ayırd etmə bəsirətinə sahib ola bilər.

Bu ay insanlıq yolunu ötüb-keçmək üçün dəyərli bir fürsətdir; bir şərtlə ki, insan fiqhi oruc tutmaqla yanaşı, əxlaqi oruc da tutmuş olsun. Əxlaqi oruc odur ki, insan günahdan qorunsun, Allaha xatir bədən üzvləri - gözü, qulağı, dili, əli, ayağı, istəkləri də oruc olsun, batili istəklərdən çəkinsin. Əmirəlmöminin Əli (ə) bir hədisdə belə buyurur:

الصيامُ اجْتِنابُ الَمحارِمِ، كَما يَمْتَنِعُ الرَّجُلُ مِنَ الطَّعامِ وَ الشَّرابِ

"İnsan yemək və içməkdən çəkindiyi kimi, oruc da günahlardan çəkinməkdir." ("Mizanul-hikmət", c.5, səh. 471, hədis 10952.

O Həzrət başqa bir hədisdə belə buyurur:

صَوْمُ الْجَسَدِ الْامْساكُ عَنِ الْاغْذِيَةِ بِارادَةٍ وَ اخْتِيارٍ، خَوْفاً مِنَ الْعِقابِ وَ رَغْبَةً فِى الثَّوابِ وَ الْاجْرِ. وَ صَوْمُ النَّفْسِ امْساكُ الْحَواسِّ الْخَمْسِ عَنْ سائِرِ الْمَآثِمِ وَ خُلُوُّ الْقَلْبِ مِنْ جَميعِ اسْبابِ الشَّرِّ

"Cismin orucu iradə və ixtiyarla yeyib-içməkdən çəkinmək və onda məqsəd ilahi əzabdan qurtuluş və ilahi mükafata yiyələnməkdir. Ruhun orucu isə (yalnız dil yox,) beş duyğunu digər günahlardan qorumaq və qəlbi bütün çirkinliklərin səbəblərindən təmizləməkdir." ("Mizanul-hikmət", c.5, səh.471, hədis 10651.

İlahi göstərişlərin zahiri cəhətləri olduğu kimi, batini cəhətləri də vardır. Onun göstərişlərinin batini insanı Allaha doğru aparan işıqlı bir yoldur. Bu batin bizim üçün qeybdir və biz ondan xəbərsizik. Əgər ondan xəbərdar olsaydıq, sözsüz ki, ömrümüz boyu Onun bütün hökmləri müqabilində baş əyər, səcdə edərdik. Peyğəmbəri-Əkrəm (s) necə də gözəl buyurmuşdur:

لَوْ عَلِمْتُمْ مَا لَكُمْ فِي رَمَضَانَ لَزِدْتُمْ لِلَّهِ تَبَارَكَ وَ تَعَالَى شُكْراً

"Əgər Ramazan ayında sizə nələr verildiyini bilsəydiniz, Allah-Taalanın dərgahında (hər an) şükrünüzü artırardınız!" ("Əl-əmali", Şeyx Səduq, səh.48.)

Başqa bir hədisdə isə belə buyurur:

لَوْ يَعْلَمُ الْعَبْدُ مَا فِي رَمَضَانَ لَوَدَّ أَنْ يَكُونَ رَمَضَانُ السَّنَة

"Əgər bəndə Ramazan ayında nələr olduğunu bilsəydi, bütün ilin Ramazan ayı olduğunu arzulayardı!" ("Biharul-ənvar", c.93, səh.346.)

Qurani-Kərimin "Bəqərə" surəsinin 184-cü ayəsində orucun xeyri-faydası ilə bağlı belə buyurulur:

وَأَن تَصُومُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

"Əgər oruc tutsanız, sizin üçün daha yaxşıdır, əgər bilsəydiniz!"

Ayədə "Əgər bilsəydiniz!" - təbirinin işlənməsindən anlaşılır ki, insan orucun həqiqətindən xəbərsizdir.

Peyğəmbəri-Əkrəm (s) bir hədisdə belə buyurur:
صُومُوا تَصِحُّوا

"Oruc tutun ki, sağlam olasınız." ("Biharul-ənvar", c.59, səh.267.)

Oruc tutmaq zahiri sağlamlıq və cismani qüvvələrin tənzimlənməsi ilə yanaşı, batini təsirlərə də malikdir. Orucun batini, yəni özünüislah, özünütərbiyə.

Hər bir zahirin batinində qeybi bir həqiqət yatıb. Bu aləmə göndərilən hər bir hökm və göstəriş ilahi rəhmət və məhəbbətdən qaynaqlanıb. Allah-Taalanın bütün göstərişləri rəhmətdir. Bizik ki, onu dərk edə bilmirik, pərdə arxasında qalmışıq, onun həqiqətini dərk etmək üçün zəhmət çəkməli, əməl etməli, mənəviyyat dəryasında üzməliyik. Qurani-Kərimin ibarəsi ilə desək, hər kəs öz əməlinin girovundadır. ("Bəqərə"/38.) Hər kəs yerinə yetirilməli olduğu vaciblərin və etdiyi günahların müqabilində girovdur, hər kəs öz əməlinin əvəzini alacaqdır. İnsan hiss aləmindən çıxmayınca, ilahi hökmlərin həqiqət və fəlsəfəsini dərk edə bilməyəcək. Peyğəmbəri-Əkrəm (s) Şəbaniyyə xütbəsində pərdə arxasından xəbər verir, buyurur:

أیُّهَا النّاسُ، إنَّهُ قَد أقبَلَ إلَیکُم شَهرُ اللّه بِالبَرَکَةِ وَالرَّحمَةِ وَالمَغفِرَةِ، شَهرٌ هُوَ عِندَ اللّه أفضَلُ الشُّهورِ، وَأیّامُهُ أفضَلُ الأَیّامِ، ولَیالیهِ أفضَلُ اللَّیالی، وساعاتُهُ أفضَلُ السّاعاتِ

"Ey insanlar, həqiqətən, Allahın rəhmət, bərəkət və məğfirət ayı (Ramazan ayı) sizə üz tutmuşdur. Bu ay Allah yanında ən fəzilətli ay, onun günləri ən fəzilətli gün, gecələri ən fəzilətli gecəvə saatları ən fəzilətli saatlardır."

هُوَ شَهرٌ دُعیتُم فیهِ إلى ضِیافَةِ اللّه، وجُعِلتُم فیهِ مِن أهلِ کَرامَةِ اللّه

"Bu ayda Allah sizi Öz ziyafətinə dəvət etmişdir və siz bu ayda Allahın əziz bəndələrindən qərar verilmisiniz."

فَاسأَلُوا اللّه َ رَبَّکُم بِنِیّاتٍ صادِقَةٍ وقُلوبٍ طاهِرَةٍ أن یُوَفِّقَکُم لِصِیامِهِ وتِلاوَةِ کِتابِهِ؛ فَإِنَّ الشَّقِیَّ مَن حُرِمَ غُفرانَ اللّه ِ فی هذَا الشَّهرِ العَظیمِ وَاذکُروا بِجوعِکُم وعَطَشِکُم فیهِ جوعَ یَومِ القِیامَةِ وعَطَشَهُ

"Sadiq niyyət və pak qəlblərlə Allah-Taaladan istəyin ki, sizi bu ayda oruc tutmağa və Quran oxumağa müvəffəq etsin. Bu böyük ayda Allahın məğfirətindən məhrum olan şəxs, həqiqətən də bədbəxtdir. Bu ayda ac və susuz qalmaqla Qiyamət gününün aclığı və susuzluğunu xatırlayın." ("Üyunu əxbarir-Riza (ə)", c.1, səh.230.)

Əmirəlmöminin Əli (ə) bir rəvayətdə orucun həqiqəti ilə bağlı belə buyurur: "Oruc tutan şəxs elə bir məqama yüksəlməlidir ki, nəinki orucu batil edən işlərdən və günahlardan çəkinməli, həm də günah fikrində belə olmamalıdır." ("Mizanul-hikmət", c.5, səh.470, hədis 10648.)

Bəzi alimlər bu hədisə əsaslanaraq, orucu üç qismə bölmüşlər:

1. "Ümumi oruc" - bu, həmin fiqhi orucdur, yəni oruc tutan insanın orucu batil edənlərdən (yemək, içmək və s. işlər) çəkinməsi.

2. "Xas oruc" - insanın orucu batil edənlərlə yanaşı, bütün günah və haramlardan çəkinməsi. Peyğəmbəri-Əkrəm (s) buyurur:

أفضَلُ الأَعمالِ فی هذَا الشَّهرِ الوَرَعُ عَن مَحارِمِ اللّه ِ عز و جل

"Bu ayda ən fəzilətli əməl Allahın haram etdiyi işlərdən çəkinməkdir." ("Üyunu əxbarir-Riza (ə)", c.1, səh.230.)

3. "Xassul-xas oruc" - insanın orucu batil edənlərdən, bütün günah və haramlardan çəkinməsi ilə yanaşı, günah fikrindən də çəkinməsi! Yəni burada insanın dili, qarnı, əl-ayağı, göz və qulağı oruc olduğu kimi, qəlbi də oruc olaraq günah haqda belə düşünmür. Belələrinin batini də orucdur, öz batin və düşüncəsində Allah və Onun razılığından başqasının yeri yoxdur, yalnız Allahı və Onun razılığını düşünür. Bəli, insanın qəlbi o zaman oruc olur ki, Allaha qəlbən bağlana. İnsanın qəlbini fəth edən də elə bu bağlılıqdır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 762
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 377
Xəbər sayı: 12
_pandam_
İsdenilenn diger aylarda tutulan heç bir oruc Ramazan ayında tutulan orucun evezini vermez. Ona görede Ramazan ayında oruc tutmaq çox böyük savabdı. Ancaq tebiki burdada yazıldığı kimi oruc tutmaq demek sadece yemek yememek demek deill. Oruc tutmaq bütün günahlardan çekinmekdi heç olmasa bu 1 ay. Allah hamımıza xassul-xas oruc nesib etsin inşAllah. Gözel meqaledi ellerine sağlıq)
23 may 2020 18:31
3
Şərh sayı: 4135
Xəbər sayı: 47
fiyonik
Men hec tuta bilmirdim. Kecen il 2 gun tutdum 1 ay bogazimin agrisindan oldum. Bi il sanki guc-quvvet verdi Allah mene. 1 ay tutdum. Artiq Ramazan ayi bitir. Ne gozel seydi ki, 3 defe yemeyi 1 defeye sigisdirib, qus qeder yedikden sonra doymaq. Melumatlar ucun tesekkurler!
23 may 2020 13:46
2
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 6007
Xəbər sayı: 0
Cema_Axodova
Cox isterdim oruuc tutam bu il AMA allah nesib elemedi.inwallah gelen orucluqda allah nesib elese tutaram
23 may 2020 13:01
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri