Duanın insana faydası

Müəllif: Diablo
Şərhlər: 7
Baxılıb: 3 669
Səs ver:
(səs: 0)
1. Dua problemin sözlәr vasitәsilә aydınlaşdırılması vә ifadә edilmәsidir. Biz dua edәrkәn nә istәdiyimizi özümüz üçün dә aydınlaşdırırıq. Dua edәrkәn problem qabardılır, onun hәlli yolları da insan üçün müәyyәnlәşir.

2. Dua etmәk bizim yalnız olmadığımızı göstәrir. Bilirik ki, danışarkәn bizi dinlәyәn var. Bizә danışmağa macal verir. Bu, insanda qәlbi rahatlıq bәxş edir. Bu hәm dә pulsuz ünsiyyәt vasitәsidir. Psixoloq bizdәn bunun әvәzindә pul istәyәcәk, başqa insanların isә bizlә dәrdlәşmәyә vaxtı çatmayacaqdır.

3. Dua insana enerji verir. Mütәmadi dua edәn şәxs mәqsәdi uğrunda cәhdlәrini dә intensivlәşdirir vә sәy göstәrir.

4. Dua etmәk insanın mәnfi yükünü azaldır, onu stresdәn qoruyur. Dәrdini paylaşa, dilә gәtirә bilmәyәn insan yüklәnmiş olur vә nә etdiyini bilmir.

5. Dua insanda özünәinam yaradır. Dua edәn şәxs arxasında böyük bir qüvvәnin durduğuna inanır vә ona arxalanır.

6. Dua insanı eqoistlik, xudpәsәndlikdәn çәkindirir. O, özünә yaxın olan, kömәyә ehtiyaclı insanları da dua etmәyә çalışır. Onlara bacardığı qәdәr maddi vә mәnәvi yardım edir. Gücü çatmadığını isә Allaha hәvalә edir.

7. Dua insanı günah vә çirkin işlәrdәn çәkindirir. Belә ki, ilahi dәrgaha üz tutmağa çalışan insan tәmiz olmağa çalışır.

Qeyd: Hәr kәsin dua etmәyә ehtiyacı var. Әslindә bütün dinlәrin әsas hәdәfi insanla Allah arasında olan rabitәni güclәndirmәk olmuşdur. Amma tәәssüf olsun ki, daha sonra bu müqәddәs amal pozulub, tәhrifә uğramışdır. İslam dininә görә dә, dua hәm dә ibadәt sayılır. İnsan Allahla yanaşı başqa bir kәsi yanaşı tutmamalıdır. Çünki bu, sәmimiyyәtsizlik vә Allahı qüdrәtsiz hesab etmәkdir. Peyğәmbәr vә Әhli-Beyt insanla Allah arasında olan maneәlәri - bütlәri devirdilәr. Amma әfsuslar olsun ki, bu günlәri bir çox müsәlman mәlumatsızlıqdan bir çox ilahi mәsuliyyәt daşımış şәxslәri bütlәşdirdilәr vә Allahdan çox onlara ağız açmağa başladılar.

Fәrid Abdullah
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 669
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri