Kərbəla sözü nə deməkdir?

Şərhlər: 5
Baxılıb: 1962
Səs ver:
(səs: 1)
Kərbəla sözünə çoxlu məna verilmişdir. Bu sözün bir çox mənaları vardır. Onlardan biri - "müsibət və bəla diyarı"dır. Kərbəla sözü iki sözdən əmələ gəlmişdir. Biri "kərb" ki, mənası "nicat" deməkdir, biri isə "bəla"dır.

Hədislərimiz buyurur ki, Kərbəla - həmçinin bir qissədir ki, Allah onda Nuha (ə) və ona iman gətirənlərə nicat vermişdir. "Və Nuhu - onun bundan öncə (bu peyğəmbərlərdən qabaq Öz Allahını) səslədiyi zamanı (yada sal)! Biz onun duasını qəbul etdik, onu və (zövcəsi ilə bir oğlundan başqa bütün) ailəsini o böyük qəmdən (qövmünün küfr və nankorluğundan və doqquz yüz ildən artıq bir dəvətin nəticəsizliyindən) qurtardıq". ("Ənbiya" 76).
Qurani-Kərimdə oxuyuruq ki, Allah Təala Həzrət Musaya (ə) və onun qövmünə nicat verməyi "kərb" sözü ilə bəyan etmişdir. Kərb sözü Quranda dörd dəfə istifadə olunmuşdur. "Həqiqətən Biz Musa və Haruna da nemət verdik. O ikisinə və qövmlərinə böyük bir qüssədən nicat verdik". ("Saffat" 114-115).
Quran İlahi peyğəmbərləri (ə) insanları hidayət etmək üçün göndərmişdir. Onlara buyurmuşdur ki, insanları səbir və ibadət ilə hidayət etsinlər. İmam Hüseyn (ə) bu İlahi peyğəmbərlərin (ə) sanki təcəssümü idi. Bu səbəbdən Həzrət Peyğəmbər (s) İmam Hüseyni (ə) hidayətin yanar çırağı adlandırmışdır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allaha tərəf hərəkət etmək, kamala və İlahi qürb məqamına çatmaq - insanın dünyadakı hədəfləri və axirətə çatmaq istəyidir. Bu yol dünyadan keçər. Bu yolun çoxlu eniş və yoxuşları vardır. Bu yolda çoxlu qarətçilər və quldurlar gizlənmişdir.
Məsələ burdadır ki, necə edək ki, bu təhlükəli yoldan rahat şəkildə keçə bilək? Bu zaman Peyğəmbərin (s) buyurduğu həmin söz yada düşür.

Hər kim İmam Hüseyn (ə) çırağı sayəsində hidayət olar, şübhəsiz ki, Allah onu qoruyar və kamala, İlahi qürb məqamına çatdırar. İmam Hüseyn (ə) qiyamı - Nuhun (ə) gəmisinə bənzəyir. Hər kim bu gəmiyə minərsə, nicat tapar. Hər kim geri qalarsa, tələf olar.
İmam Əli (ə) buyurur ki, ey insanlar! Sizin üçün keçmiş ümmətlərin başıana gələnlərdən ibrət dərsləri vardır. Hər kim bu dərslərdən ibrət alar - bəlaya və müsibətə düçar olmaz. Əksinə, hansı yolun təhlükəsiz olduğuna əmin olar.
Ey müsəlmanlar! Bilin ki, Allaha tərəf üzməkdə olan ən əmin gəmi - İmam Hüseynin (ə) gəmisidir. Ona görə də ona minməyə çalışın. Çünki, bu gəmi - sizin xilaskarınızdır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1962
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 5286
Xəbər sayı: 2
evli.mutlu.cocuklu
Melumatim yox idi ama maraqlu oldu bilmeyimde yaxsi oldu
28 iyul 2020 23:58
5
Şərh sayı: 11082
Xəbər sayı: 307
Totu
Ey müsəlmanlar! Bilin ki, Allaha tərəf üzməkdə olan ən əmin gəmi - İmam Hüseynin (ə) gəmisidir. Ona görə də ona minməyə çalışın. Çünki, bu gəmi - sizin xilaskarınızdır.
17 iyul 2020 13:41
4
Şərh sayı: 8880
Xəbər sayı: 291
Melek5
Bu haqda məlumatım yox idi oxumaq və öyrənmək xoş oldu
Təşəkkürlər
17 iyul 2020 00:06
3
❤ﷲAℓhαmdυℓίℓℓαhﷲ❤
Şərh sayı: 521
Xəbər sayı: 0
Fulin
Dini xəbərləri çox sevirəm❤.Maraqlı oldu:)

Təşəkkür⭐
16 iyul 2020 23:25
2
'- Sıkılırsan güneşten,, gece oluruz erkenden ⭐
Şərh sayı: 217
Xəbər sayı: 0
♡iLK NUR♡
Çox maraqlı xəbərdi Təşəkkürlər gözəl.belə dini xəbərlər həmişə maraq dairəmdə olub.
16 iyul 2020 23:00
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri