Cadudan necə qorunmaq olar?

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 5 755
Səs ver:
(səs: 1)
Cadudan, şeytanın vəsvəsəsindən qorunmaq üçün Uca Allaha sığınmaq, Uca Allaha sığınmaq üçün də Ona itaəti çoxaltmaq lazımdır:
Namaz qılmaq, həmçinin Uca Allahın buyurduğu bütün vacib əməlləri yerinə yetirmək (Ramazan orucu kimi)

Günahları tərk edərək onlardan tövbə etmək
Qurani Kərim oxumaq, həmçinin gün ərzində evdə səslənməsinə qulaq asmaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, şeytan Bəqərə surəsi oxunan evdən qaçar". (Muslim). Bu zaman heç bir vəsvəsə, qorxu və s. şeylərə fikir verməyərək bunu dayandırmamaq.
Çoxlu zikr etmək. Uca Allah buyurur. "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36). Buraya "əuuzu billəəhi minə-ş-şeytaani-r-raciim" demək, səhər və axşam zikrləri, yeməkdən əvvəl və sonra, evdən çıxarkən və evə girərkən edilən zikrlər, namazlardan sonra Ayətul-Kursi, əl-İxlas, əl-Fələq, ən-Nas surələri oxumaq, yatmazdan əvvəl edilən və digər zikrlər daxildir.
Yuxuda şeytanın vəsvəsəsindən qorunmaq üçün yatmazdan qabaq zikrlər etmək. Peyğəmbər demişdir: "Kim Ayətul-Kursini yerinə uzananda oxusa, Allahın göndərdiyi mü­hafizəçi səhərədək onu qoruyar və şeytan səhərədək ona yaxınlaşmaz".

Daha ətraflı:
Pis yuxulardan necə qorunmaq olar?
Dini öyrənməyə vaxt ayırmaq, çünki şeytan insanın bilmədiyi şeylər haqqında şübhələr gətirərək ona vəsvəsə verir. İlk növbədə Quranın mənaca tərcüməsini, səhih hədislər və onlara əsaslanan kitabları oxumaq
Bal, qara çörək otu (qara zirə), zəm-zəm suyu, zeytun yağı kimi buyurulan təbii ləvazimatlar istifadə etmək.

Əgər cadu olunmuş insanın halı pisdirsə, ona ruqyə edilə bilər.
Allahın kəlamı ilə müalicə
Ruqyə necə oxunur?
Cadudan qorunmaq üçün falçı yanına getmək böyük günahdır! Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir". (ət-Tirmizi).
Cadudan xilas olmaq üçün cadunun yerini tapmaq vacib deyil. Cadu tapılıbsa, suya əl-İxlas, əl-Fələq, ən-Nas, Ayətul-Kursi və digər Quran ayələrini oxuyaraq cadunu ora atmaq, quruduqdan sonra isə yandırmaq lazımdır.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 755
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri