Cənnət- anaların ayağı altındadır- Bəs bütün analar Cənnətə gedəcəkmi?..Cavab sizi çox təəccübləndirəcək

Şərhlər: 5
Baxılıb: 3081
Səs ver:
(səs: 1)
Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır ki, behişt anaların ayağı altındadır. Bəs görəsən bütün analar behiştə gedəcəklərmi?

Bu, elə sualdır ki, sanki deyirsən ki, görəsən bütün insanlar behiştə gedirlər?

İnsan o zaman behiştə gedər ki, əməlləri ona layiq olar. Bu qanun analara da aid edilir. İslam dini anaların məqamının uca olduğunu həmişə vurğulamışdır. Ancaq bu, o demək deyildir ki, bütün anaların behiştə daxil olmaq ləyaqəti vardır.

Ananın qəlbi mühümdür. Gərək bu qəlb sağlam və riqqətli olsun. Gərək bu qəlb Allahın hərəmi olsun. Gərək bu qəlb təqvalı olsun. “Və Biz insana ata-anası barəsində tövsiyə etdik. Anası onu (hamiləlik dövründə öz bətnində) getdikcə artan bir zəifliklə daşıdı (uşağa süd vermək və) süddən kəsmək iki il ərzində olur. (Dedik) ki: «Mənə və ata-anana şükür et ki,(hamının) dönüş(ü) Mənə tərəfdir»”. (“Loğman” 14).

Övlad tərbiyəsində atanın da mühüm rolu vardır. Ancaq ana onu 9 ay bətnində daşıyır, dünyaya gətirir və ona öz canından olan südünü verir. Ananın övladları üçün çəkdiyi əziyyət atalardan daha çox olar.

Bu səbəbdəndir ki, dinimiz analara xüsusi ehtiram göstərir və onların məqamının uca olduğunu bəyan edir. Övladlara tövsiyə edir ki, analara qarşı xüsusi ehtirama malik olsunlar. (Həvzəh)

Ana – övlad üçün əvəzolunmaz bir insandır. Ancaq ananın axirətdəki məqamı onun öz əməllərindən və əqidəsindən asılıdır. Əgər iman əhlidirsə, təqvaya malikdirsə və vacibatları yerinə yetirib, haramlardan çəkinirsə, həyat yoldaşına hörmət edirsə və bu kimi vəzifələri ən yaxşı şəkildə yerinə yetirirsə - mütləq behiştlə mükafatlandırılar. Və bütün analar üçün ən yaxşı örnək – Həzrət Zəhradır (s.ə).
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3081
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 630
Xəbər sayı: 0
Sevinc
Bu heyatda qiymetlendirdiyimiz, deyerlendirdiyimiz varliqlardan biride Ana Atadir. Allah heç birini bize çox gormesin.
10 noyabr 2020 12:55
5
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----
Şərh sayı: 1754
Xəbər sayı: 0
♡iLK NUR♡
Ana – övlad üçün əvəzolunmaz bir insandır. Ancaq ananın axirətdəki məqamı onun öz əməllərindən və əqidəsindən asılıdır. Əgər iman əhlidirsə, təqvaya malikdirsə və vacibatları yerinə yetirib, haramlardan çəkinirsə, həyat yoldaşına hörmət edirsə və bu kimi vəzifələri ən yaxşı şəkildə yerinə yetirirsə - mütləq behiştlə mükafatlandırılar. Və bütün analar üçün ən yaxşı örnək – Həzrət Zəhradır (s.ə).
5 noyabr 2020 16:15
4
Zəfər bizimdir. QARABAĞ AZƏRBAYCAN' DIR
Şərh sayı: 81216
Xəbər sayı: 30
BARBI
Ana muqeddes varliqdi.Bu o demek deyilki butun analar cennete gedecek
29 oktyabr 2020 20:50
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 1339
Xəbər sayı: 0
♡Tək Nur♡
təşəkkürlər........
29 oktyabr 2020 11:08
2
Şərh sayı: 614
Xəbər sayı: 0
Milaya
Cənnət anaların ayaqları altındadır. Çox gözəl və doğru sözdür. Təssüflər olsun ki, indiki dövrdə təkcə uşaq dünyaya gətirməklə özünü ana sanan var. Düzdü uşaq dünyaya gətirən qadın anadır. Lakin bir məqamı da nəzərinizə çatdırım ki,analıq müqəddəs borcdur. Bu borcun özünəməxsus vəzifələri var. Təssüflər olsun ki nə qədər şahidi olmuşuq ki,dünyaya uşaq gətirir ya baxa bilmədiyi üçün ya da rahat həyat sürsün deyə övladlarını küçələrə atan qadın görmüşük...Nəmee mənim əlimdə olsa elə qadınların nəinki analıq onların rahat yaşamaq hüquqların da əllərindın alardım. Axı niyə sən rahat ömür güzəran keçirəsən övladın isə ya dörd divar arasında,ya da küçələrdı tək tənha ,heç bir qayğı,sevgi,şəfqət görməmişş...Bəlkə də elə ən çox sevgiyə möhtac olanlar da elə həmin balalardır. Nə qədər uşaq var ki,anasının bir dəfə öpüb qucaqlaması üçün hərşeylərin verərlər.Görəsən heç mi sızlamır belə anaların vicdanı.Təssüf ki elə anaların uşaqlarıdır...Amma heç birimiz nə ailəmizi nə də həyatımızı süçib yaşamırıq. Bunlar sadəcə alın yazısıdır. Kimin payına nə düşdü düşdü...
Ana sevgisindən,qayğısından məhrum edilmiş hər bir uşaq qanadsız quş kimidi. Heç zaman hır kəs kimi göyə uça bilməyəcək. Anasızlığı və atasızlığı ən yaxşı bilən də onalrdır. Gələcəkdə özləri valideyin olduqda aat qat sevgi ilə böyüdər övladların...Həm də o həsrətində olduğu sevgiylə...
Gözəl mövzuya toxunduz. Mənim analara hörmətim sonsuzdur. Onların qarşısında baş əyirəm.Lakin yuxarıda qeyd etdiyim kimi övladını atıb gedən analara nifrətim də.sonsuzdur. Səbəbi hır nə olursa olsun atmamalıydı övladını,arxaslnda durmalıydı...
Təşəkkürlər
28 oktyabr 2020 22:17
1
Bir gün üz-üzə gələcəyik səninlə,
Yanımda özgəsi,sən isə yalnız.
Əlimdə yad ələ baxıb kədərlə,
Ötüb keçəcəksən yanımdan halsız.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri