Namazda diqqətimiz niyə dağılır?

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 1809
Səs ver:
(səs: 0)
Biz müsəlmanlar üçün ən ağrılı mövzulardan biri - namazda diqqətimizi toplaya bilməməkdir. Ayətullah Cavadi Amuli "Quranda əxlaqın mərhələləri" kitabında yazır: "Bəzən insan şəriətə əsasən namaz qılır, yəni namazın və dəstəmazın vacibatlarına və müstəhəblərinə əməl edir, ancaq qəlb hüzuruna malik olmur. Belə namaz fiqhi cəhətdən batil olmasa da, ancaq əxlaqi cəhətdən təsirsiz olur.

Namazda qəlb hüzurunu təmin etmək çox çətindir. Baxmayaraq ki, hər namaz ancaq bir neçə dəqiqə çəkir, lakin namazqılan bu zaman özünə hakim ola bilmir. Əgər insan həmin bir neçə dəqiqədə özünə hakim olsaydı, onun başqa işləri də təmin olardı. Lakin o bir neçə dəqiqədə qəlb hüzuruna malik olmadığı üçün, başqa işləri də nakam qalar".

Alim buyurur: "Namaz - Siratdır. Sirat isə qəflətlə bir yerdə ola bilməz. Çünki əgər insan qəflət edərsə, Siratdan süqut edə bilər".

Ayətullah Cavadi Amuli yenə buyurur: "Düzgün namaz insanı çirkinliklərdən qoruyar. İnsanın gördüyü çirkin işlər isə onu namazdan saxlayar. Hər kim bədən üzvlərinə hakim olmazsa və halal ilə harama riayət etməzsə, namazda da qəlb hüzuruna malik olmayacaqdır. Bilməyəcəkdir ki, Kiminlə söhbət edir. Nəticədə Ondan eşitdiyi cavabları da dərk edə bilməz.

Belə namaz fiqhi cəhətdən qüsursuz olsa da, əxlaqi cəhətdən təsirsiz olar".

Ona görə deyə bilərik ki, həqiqi namaz - o namazdır ki, insanı günahdan uzaq saxlaya bilir. İnsan bu namaz sayəsində çirkin əməllərdən uzaqlaşır. Həqiqi namaza malik olmaq üçün isə qəlb hüzuruna ehtiyac vardır. Hər kimin namazda qəlb hüzuru olar, onun başqa əməlləri də sahmana düşər.

Əgər əksinə - qəlb hüzuruna malik olmazsa, belə namazın əxlaqi təsiri olmaz. Zahirdə düzgün görünsə də, batində təsiri olmaz.

Ona görə də insan çalışmalıdır ki, bədən üzvlərinə hakim olsun və namazda Kiminlə danışmasından qəflət etməsin. Yediklərinə diqqət etsin və halalı harama qarışdırmasın
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1809
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1222
Xəbər sayı: 0
PandamR
Allah qılınan namazları qəbul etsin. Mən namaz qılmıram. Amma qılmağı çoxx istəyirəm. İnşallah bir gün mənə də nəsib olar
11 dekabr 2020 09:24
4
Bacarırsan ölüm qədər
sev məni;)
Şərh sayı: 2054
Xəbər sayı: 0
♡iLK NUR♡
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
11 dekabr 2020 00:34
3
⚘İlk Nur⚘
Şərh sayı: 1981
Xəbər sayı: 0
♡Tək Nur♡
Mənim xalam qızı ♡İlk Nur♡ da namaz qılır
Allah qıldığın namazları qəbul eləsin canım mənim
10 dekabr 2020 23:17
2
Şərh sayı: 67
Xəbər sayı: 0
ParadiseSark
Allah qılınan namazları qəbul eləsin!
10 dekabr 2020 21:55
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri