70 böyük günah

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 2313
Səs ver:
(səs: 2)
1. Allaha şərik qoşmaq
2. Haqsız yerə (günahsızı) öldürmək
3. Sehr
4. Vaxtlı-vaxtında namaz qılmamaq
5. Zəkat verməmək (o kəslər ki verməlidirlər)
6. Ramazanda üzrlü səbəbsiz orucu pozmaq
7. İmkan olduqda Həcc ziyarətinə getməmək
8. Valideynlərin üzünə ağ olmaq (şəriətə zidd olmayan məsələlərdə itaət etməmək)
9. Qohumluq əlaqələrini kəsmək
10. Zina
11. Kişibazlıq
12. Riba (sələm, faiz)
13. Yetimin malını haqsızcasına yemək və ona zülm etmək.
14. Allah və Rəsulunun adından yalan danışmaq (Allah və Rəsulu demədiyini Onların adından demək)
15. Döyüş meydanından qaçmaq
16. Rəhbərin ədalətsizliyi, əhalinin aldadılması və əhaliyə zülm edilməsi
17. Təkəbbürlük.
18. Yalan şahidlik
19. Spirtli içkilərin (sərxoşedici hər bir şeyin) qəbul edilməsi
20. Qumar (azart oyunları)
21. İsmətli qadınlara böhtan atmaq (ləkələmək)
22. Qanunsuz qənimətləri ələ keçirmək.
23. Oğurluq
24. Quldurluq (soyğunçuluq)
25. Yalan and içmək
26. Ədalətsizlik (haqsızlıq)
27. Qeyri-qanuni (haqsız) vergi yığmaq
28. Haram yemək
29. Özünü öldürmək (intihar)
30. Yalan
31. Ədalətlə hökm verməyən hakim
32. Rüşvət
33. Kişilərin qadınlara və qadınların kişilərə geyimdə, davranışlarda və sair məsələlərdə özlərini bənzətmələri
34. Dəyyus (zövcəsini qısqanmayan kişi)
35. Zövcəsinə üç dəfə talaq vermiş kişinin yenidən zövcəsi ilə nigah bağlaması və ya həmin zövcənin birinci kişiyə (ərinə) qayıtmaq niyyəti ilə digər kişi ilə nigah bağlaması
36. Sidikdən (nəcisdən) təmizlənməmək
37. Riyakarlıq
38. Yalnız bu dünya üçün elm əldə etmək və elmi gizlətmək
39. Xainlik (xəyanət)
40. Qınamaq (başına qaxmaq)
41. Baxıcılıq (qeybdən, gələcəkdən xəbər vermək)
42. İnsanları güldürmək məqsədi ilə doğru olmayanları danışmaq (lətifə və s)
43. Qeybət etmək (söz gəzdirmək)
44. Lənətləmək (icazə verilməyən lənət)
45. Vədə xilaf çıxmaq (söz verdikdə yerinə yetirməmək)
46. Kahin, baxıcı və cadugarlara inanmaq
47. Qadının ərinə itaət etməməsi
48. Canlıların şəkillərini müxtəlif əşyaların və s. yerlərin üzərində çəkmək
49. Dünyasını dəyişmiş insandan ötrü qışqırıb ağlamaq, paltar və üz cırmaq, saç yolmaq, başını qırxmaq, öz üzərinə bəla və ölüm istəmək
50. Əziyyət vermək, zülm etmək (həddi aşmaq)
51. Qul, heyvan, qadın, uşaq və zəif olanlara əsassız (şəriətə zidd) əzab vermək və həddi aşmaq
52. Qonşuya pis münasibət göstərmək
53. Müsəlmanları incitmək (xətirinə dəymək) və təhqir etmək
54. Allahın qullarını incitmək (haqsızlıq etmək)
55. Təkəbbürlükdən topuqdan aşağı şalvar və s. geyinmək (kişilər)
56. İpək geymək və qızıl gəzdirmək, onlara söykənmək və oturmaq (kişilər)
57. Qulun sahibindən qaçması
58. Allahdan başqasına qurban kəsmək
59. Bir insanın onun atası olmadığını bilərək özünü onun oğlu kimi təqdim etmək, adlandırmaq
60. Faydasız (bihudə) mübahisə
61. İmkanı olduğu halda su istəyənə su verməmək
62. Çəkidə aldatmaq, özü üçün çəkdikdə artırmaq başqası üçün çəkdikdə isə azaltmaq.
63. Allahın sınaqlarına (imtahanlarına) dözə biləcəyinə özünə arxayın olmaq
64. Övliyalara (Allaha yaxın olanlara) zərər yetirmək, onları ittiham etmək.
65. Camaat namazlarını tərk etmək (üzürlü səbəbsiz) və daimi namazları təklikdə qılmaq
66. Cümə və camaat namazlarını tərk etmək (üzürlü səbəbsiz)
67. Zərərli (şəriətə zidd) vəsiyyət etmək
68. Kələkbazlıq və fırıldaqçılıq
69. Müsəlmanları izləmək və onların çatışmazlıqlarını (zəifliyini) yaymaq (danışmaq)
70. Səhabələrdən (Allah onlardan razı olsun) birini təhqir etmək.
İmam Əz-Zəhəbinin kitabından (Əl Kəbair)
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2313
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri