Zülfüqar qılıncı

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 2 268
Səs ver:
(səs: 0)
Tanrı, Adəmi “Zülfüqar” qılıncı ilə birlikdə cənnətdən çıxardı. Adəm , o qılınc vasitəsi ilə düşmənlər, cinlər və şeytanlarla vuruşurdu. Nəhayət Əli ələyhis-salamın əlinə çatdı. O, o qılıncla Peyğəmbərin düşmənləri ilə vuruşurdu. “Zülfüqar”- “fəqərə” sahibi mənasındadır. Deyilənə əsasən bu qılıncın arxasında əyri və düz oyuqlar (çıxıntılar) olduğu üçün belə adlanıb.
Bu qılınc, islamın əziz Peyğəmbəri (səlləllahi ələyhi və alihi vəs-səlləm) tərəfidən Uhud döyüşündə İmam Əli ələyhis-salama əta edilib.
İmam Sadiq ələyhis-salam buyurub:
Uhud döyüşündə Peyğəmbərin səhabəsi qaçdı. Təkcə Əli və Əbu Dəccanə Peyğəmbərlə qaldılar. Hər zaman Peyğəmbərə (səlləllahi ələyhi və alihi vəs-səlləm) hücüm olanda Əli ələyis-salam onu müdafiə edir və düşmənə hücum edirdi. Nəhayət qılıncı sındı. Peyğəmbər (səlləllahi ələyhi və alihi vəs-səlləm) də, Cəbrailin onun üçün gətirdiyi “Zülfüqar” adlı öz qılıncını Əli ələyhis-salama əta etdi. (Biharül-ənvar, c. 42, s.66)
İmam Sadiq ələyhis-salam buyurub:

“Əmirəl-möminin qılıncını zülfiqar adlandırlar. Çünki (onun üzərində) qılıncı boyunca bel fəqərələrinə bənzər, xətt var idi. Bu qılıncı Cəbrail səmalardan gətirdi. Onun tutacağı gümüşdən idi. Qılıncı yerə enən zaman nidaçı nida etdi: “La Seyfə İlla Zülfəqar, La Fəta İlla Əli “ (tərcümə: Zülfüqar kimi qılınc, Əli kimi igid yoxdur.” (“İləlüş-şərae”, c. 1, s. 160)

İmam Rza ələyhis-salam buyurub:


“Zülfüqar”ı Cəbrail səmadan gətirdi. Onun bəzəkləri gümüşdəndir və o qılıncı indi məndədir. (Əl-Kafi, c. 1, s. 234)
İmam Məhəmməd Baqir ələyhis-salam buyurub: “Zülfüqar qılıncına o cəhətdən Zülfüqar deyirlər ki, əgər bir şəxsə vurulsa fəqr və dünyadan,ailə və övladlarından uzaq düşməsinə, axirətdə isə cənnətdən uzaq düşməsinə səbəb olacaq. (İləlüş-şərae, c. 1, s.160)
Zülfüqar, indi İmam zamanın (əccəlləllahu fərəcəh əl şərif) əlindədir. İmamların nişanəsi odur ki, əziz Peyğəmbərin, Əmirəl-möminin Əli ələyhis-salama verdiyi Zülfüqar adlı qılıncı onların yanındadır. (“Rəsulullahın silahı və qılıncı ondadır.”) (Biharül-ənvar, c. 25, s.117)
Zühur zamanında, Zülfüqar qılıncı İmam Zamannın (əccəlləllahu fərəcəh əl şərif) əlində olacaq. (Biharül-ənvar, c.52, s.307)
****************************************************************

İslami tarix və hədis kitablarına görə Zülfəqar adlı qılıncı Həzrət Məhəmməd peyğəmbərə (s) Allahın müqərrəb mələyi Həzrət Cəbrayıl (ə) gətirmişdir. Ühüd döyüşündə "hörmətli səhabələr" peyğəmbəri (s) tək qoyub qaçdıqları zaman İmam Əli (ə) başda olmaqla iki-üç nəfər qalıb, O həzrəti (s) müdafiə edirdilər ki, İmam Əli (ə) irəli gələn hər kəsi cəhənnəmə vasil edirdi. Bu zaman İmam Əlinin (ə) qılıncı sındı və peyğəmbər (s) öz qılıncı zülfüqarı İmam Əliyə (ə) hədiyyə etdi. İmam (ə) yenə də döyüşünə davam etdi. İmam Əlinin (ə) bu döyüşdə göstərdiyi fədailik və rəşadət göydə mələkləri vəcdə və şövgə gətirdiyi üçün Cəbrayıl yerlə göy arasında durub hamının eşidə biləcəyi bir uca səslə belə dedi: "La Seyfə İlla Zülfəqar və La Fəta İlla Əli" - Zülfüqardan başqa qılınc və Əlidən başqa igid yoxdur!"

İmam Əli (ə) Siffeyn döyüşündə Müaviyənin qoşunu qarşısında öz silahdaşları üçün xütbə oxuyarkən buna işarə etmişdir (Vəq`ətu Siffeyn, Nəsr bin Müzahim, s. 313 və 478): "... Siz başçısı münafiq oğlu münafiq (yəni Müaviyə) olan bir qoşunun qarşısında dayanmısınız. O (Müaviyə) öz qoşununu cəhənnəm oduna aparır. Amma Peyğəmbərinizin əmisi oğlu (İmam Əli) sizin aranızdadır və sizi cənnətə və Allahın itaətinə dəvət edir. O (İmam Əli), peyğəmbərin (s) sünnətinə əməl edir... Məndən öncə heç bir kişi Peyğəmbər (s) ilə namaz qılmayıb. Mən Bədr döyüşündənəm. Müaviyə isə əsirlikdən azad olan və əsirlikdən azad olunanın oğludur (təliq ibn təliq). Onlar (Müaviyə və qoşunu) batildir, siz isə haqsınız. Öldürün onları ki, Allah sizin əlinizlə onlara əzab etsin. Əgər siz öldürməsəniz Allah onları başqalarının əli ilə əzab edəcək (siz onları öldürmək şərəfindən məhrum olacaqsız)... Vallah ki, mən (Ühüd döyüşündə) düşmənlərdən irəli gələnini öldürdüyüm zaman Peyğəmbər (s) mənə tamaşa edir və deyirdi:

"La Seyfə İlla Zülfəqar və La Fəta İlla Əli" - Zülfüqardan başqa qılınc və Əlidən başqa igid yoxdur".

"İmam Rzadan (ə) zülfüqar qılıncı haqqında soruşurlar. İmam buyurur ki, onu Cəbrayıl göydən gətirmişdi. Və o indi mənim yanımdadır".

Bu kimi hədislərdən başa düşülür ki, Zülfüqar peyğəmbərin (s) yadigarı olaraq imamlardan bir-birinə irs olaraq ötürülüb və indi isə İmam Zamanın (ə) yanındadır və inşallah ümidvarıq ki, çox yaxında, payız yarpağı tək tökülməsi lazım olan başları yerə tökmək üçün gələcək

Bəzi təfsirçilər bu ayəni yəni Hədid 25 i Zülfüqara aid ediblər. المجلسي، ج 42، ص 58
Misal Əllamə Məclisi Biharda c 42 səh 58 də
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 268
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri