Mömin zahirinə diqqət etməlidir

Müəllif: Lalə B.
Şərhlər: 1
Baxılıb: 1782
Səs ver:
(səs: 1)
İnsan İlahi fitrəti əsasında daima gözəllik axtarışındadır. Bu gözəllik istər zahiri olsun, istər batini, istər düşüncə gözəlliyi olsun, istərsə də əxlaq - daima insanları özünə tərəf cəzb etmişdir.

Zahiri gözəllik elə bir nemətdir ki, başqaları insanı ilk onunla dəyərləndirirlər. Başqa tərəflərini öyrənmək üçün isə onunla ünsiyyət qurar və ictimai rabitə yaradarlar. Ona görə də hər bir insan üçün zahirinə diqqət etməsi mühüm amillərdən biri olmalıdır.

İmam Sadiq (ə) nəql edir: "Bir gün müsəlmanlardan biri Peyğəmbərin (s) xidmətinə gəlir və saqqalını sarı rənglə rəngləmişdi. Həzrət (s) buyurdu: "Bu, nə qədər gözəldir". O, gedir və bir neçə gün sonra yenə gəlir, o halda ki, saqqalını xına rəngi ilə rəngləmişdi. Peyğəmbər (s) gülümsəyir və buyurur: "Bu rəng əvvəlki rəngdən daha yaxşıdır". O, gedir və bir müddət sonra yenə gəlir o halda ki, saqqalını qara rənglə rəngləmişdi. Peyğəmbər (s) gülür və buyurur: "Bu rəng, əvvəlki rəngdən və ondan əvvəlki rəngdən də gözəldir".

Bu hədis Peyğəmbərin (s) zahiri gözəlliyə əhəmiyyət verməsindən xəbər verir.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Bu gözəl paltarı insanlar və cəmiyyət üçün geyinirəm".

İnsan ictimai varlıqdır və kamala çatmaq üçün insanların arasında olması zəruridir. Ona görə də mömin gərək özünü insanların arasında, xüsusilə də dindarların arasında bəzəsin və zahirinə diqqət göstərsin. Bu yolla dini və dindarlığı başqalarının gözündə gözəl cilvələndirər. Əksinə, əgər dindar insan zahirinə diqqət etməzsə və üst-başı tökülən halda cəmiyyət içinə çıxarsa, bu zaman dinə qarşı olan nəzər necə olar?

İmam Əli (ə) buyurur: "Allah Cəmildir və camalı, gözəlliyi sevir. Həmçinin sevir ki, Öz nemətlərinin təsirini insanlarda müşahidə etsin".

Bu hədisdən də göründüyü kimi, İslam dini batini gözəlliyə diqqət etdiyi kimi, zahiri gözəlliyə də diqqət göstərir. Allah Onun halal nemətlərindən bəhrələnən bəndələrini sevir. Ona görə də hədis və Quran ayələrindən belə nəticəyə gəlmək olur ki, dindar insan öz zahiri pakizəliyinə və gözəlliyinə diqqət etməlidir ki, İslam dinini başqaları üçün gözəl cilvələndirə bilsin.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1782
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri