Sevgim sən ol, Allahım

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 18 766
Səs ver:
(səs: 3)

Sənsən hər vaxt yanımda olan, darda olanda ürəyimin yanğısını eşidən,
Sənsən qaranlıqlar ortasında, bütöv ay kimi ürəyimə doğan,
Sən canıma cansan, SƏN həyatıma mənasan,
Gecələri buruq-buruq tüstüləyən hıçqırıqlarımda,
Dalğalı bir dənizin ortasında, çırpınan ruhumda,
Sənsən göy üzünün rəngarəng qurşağı, hər şey SƏNSƏN.
Ey comərdlərin ən comərdi!
Rəzzaq adınla, doldurdun afaqımı, Settar adınla, örtdün ayıblarımı,
Tevvab adınla, hər dəfə qəbul etdin tövbələrimi,
Yenə gəl dedin, təkrar gəldim..
SƏNƏ gəldim ALLAHım
Vədud olan sənsən, sevən sənsən, sevilən SƏN, 
Səndən başqa kimim var ki qapısına gedim...
Eşqinlə qucaqla eşqdən məhrum qalmış, naçar ürəyimi...
Baharım sən ol SEVGİLİ...
Xəzanda buraxma, yarpaqlarım tökülür...
Gülüstanım sən ol SEVGİLİ.
Ey əllərimdən tutanım, sənə qovuşmaq üçün çıxdığım bu sevdalı səfərdə, sərt yoxuşları çıxarma qarşıma,
Ey yoxsul ürəyimin Rəhməti sonsuz SEVGILI,
Məni SƏNƏ sürünərək deyil qaçaraq gətir, uzatdım əllərimi buraxma məni,
Əlim sən ol, Allahım, qolum, qanadım, dilim damağım, tək etibarım dayağım ol
Gəldim qapına, SEVGİNİN əsiriyəm, SEVGİM SƏN ol, ALLAHım...

 

(səs: 3)
Şərhlər: 2
Baxılıb: 18 766
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri