Gecələri yatmadan əvvəl oxunacaq 4 şey (Dua)

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 17 069
Səs ver:
(səs: 5)

 Əvvəl Peyğəmbər Əfəndimiz (Sav) ilə Hz Aişə anamız arasında keçən qısa bir mətni nəzər salaq. Mətni oxuduğunuz zaman Oxunacaq dörd şey'ində (duanın) cavabını tapmış olacaqsınız. Çox əhəmiyyətli olan bu duaları lütfən yatmadan əvvəl oxuyun və böyük savab qazanın. Hər müsəlman digər müsəlman qardaş-bacısını düşünmək məcburiyyətindədir.

Gecə yatmadan oxunacaq 4 şey:
Bir gün Rəsulullah əfəndimiz (s.ə.v.) Hz Aişə anamıza elə buyurdu: "Ey Aişə! gecələri bu 4 şeyi etmədən yatma:
1) Quranı xətm etmədən;
2) Mənim və digər peyğəmbərlərin şəfaətlərinə qovuşmadan; 
3) Möminləri özündən məmnun etmədən;
4) Həcc etmədən.
Aişə (s) "anam, atam sənə fəda olsun, mən bunları bu qısa müddət içində necə edə bilərəm? dəyincə Rəsulullah təbəssüm etdi və:
"Ya Aişə ondan asan nə var?"
1) 3 ixlas 1 Fatihə oxusan, Quranın xətm etmiş olarsan;
2) Mənə və digər peyğəmbərlərə salavat gətirsən, şəfaətimə qovuşarsan;
3) Möminlərin əfvini istəsən, onları məmnun edərsən;
4) {subhanallah velhamdülillahi vəla ilahə illəllah vahdehü la şərikə lək ləhül mülkü velehül həmdi və hüvə ala külli şeyin qadir} təsbihini oxusan, həcc
savabı kimi savab alar.
(səs: 5)
Şərhlər: 4
Baxılıb: 17 069
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri