İnsanın Ata-Ana qarşısında vəzifəsi

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 6 327
Səs ver:
(səs: 3)
 

 

 

Ata və Ana övladı dünyaya gətirən ,onu böyüdüb boya–başa
yetırən və tərbiyə edən insanlardır.Ona görədə,İslam dinində ən yüksək tövsiyə Ata və

Anaya edilən itaət və ehtiram barədə verilib.İslam təkidləvalideynin hörmətini saxlanmasını

vurğulayır.Ata-Ananın məqamı o qədər ucadır ki,Allah-təala öz kəlamında tovhidi yada

saldıqdan sonra valideynə edilən ehsan və hörməti önə çəkir və belə buyurur:

-"Allahdan savayı başqa bir tanrı qəbul etmə,yoxsa xar olar,zəlil

vəziyyətə düşərsən.

-Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərinə yaxşılıq və ehsan göstərməyi(onlara

yaxşı baxıb,gözəl davranmağı)buyurmuşdur.Əgər onların biri və ya hər ikisi sənin yanında

yaşayıb qocalığın ən düşkün çağına yetərsə ,onlara uf belə demə,üstlərinə qışqırıb acı söz

söyləmə.Onlarla xoş danış(İsra.22-23)”


Allah-təala sonra buyurur:
-"Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb:
-"Pərvərdigara !”Onlar məni körpəliyimdən nəvazişlə tərbiyə edib
bəslədikləri kimi,Sən də onlara rəhm et”-söylə”
Hədislərdə böyük günahlar sadalanarkən valideynlə pis rəftar şirkdən sonra böyük günah
sayılır.
Peyğəmbəri-əkrəm(s) bir hədisində belə buyurub:
"Behişt anaların ayaqları altındadır”

 

 
Redakte etdi: 
PRETTY_GIRL

 

(səs: 3)
Şərhlər: 1
Baxılıb: 6 327
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri