Fiziki sağlamlıq

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 4 570
Səs ver:
(səs: 2)

  İslam dini orqanizm üçün zərərli şeylərə qadağan qoyub. Bəzi heyvanların əti, spirtli içkilər məhz bu məqsədlə haram buyurulur. 

 

İnsan sağlamlığının əsas amillərindən biri təmizliyin qorunmasıdır. Həzrət peyğəmbər (s) buyurur: "Təmizlik imadandır”. İmam Musa ibn Cəfər(ə) buyurur: "Gündə bir dəfə hamada yuyunmaq qüvvəni artırır.”
Heç bir dində təmizliyə bu qədər əhəmiyyət verilməmişdir. Yeməkdən qabaq və sonra əlləri yumaq, ağız və burunun yaxalanması, saçın və saqqalın daranması dini gigiyenik göstərişlərdir.­ 
İbadət zamanı bədənin, paltarın, namaz qılınan yerin təmizliyi, eləcə də, dəstəmaz və qüsl sağlamlığın qorunmasında böyük rol oynayır. Maraqlıdır ki, dəstəmaz və qüsldən qabaq bədəndə dərinin islanmasına mane olacaq heç bir ləkə olmamalıdır. 
Həzrət Peyğəmbər (s) buyurur: "İnsanlara əziyyət vermək qorxusu olmasaydıonlara dişlərini yumaq vacib buyurardılar” 
İnsan nəfs aldıqda havadakı tozların qarşısını burundakı tüklər alır. İslamda göstəriş verilir ki, hər gün dəstəmazdan qabaq buruna su çəkib buraxmaqla bu çirklər təmizlənməlidir. Burunun bu üsulla təmizlənməsi "istinşaq” adlanır. 
Fiziki sağlamalıq mühümdür. Həzrət peyğəmbər (s) buyurur ki, duaların qəbul məqamında Allahdan sağlamlıq istəyin.

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 4 570
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri